Xəbər lenti
İtkin düşmüş, qaçqın və məcburi köçkün ailələrinə psixoloji-mənəvi dəstək layihəsi humanizmin aliliyindəndi
1988-1994-cü illər arası Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin son anda müharibəyə çevrilməsi nəticəsində ermənistandan, Azərbaycanın Dağlıq Qarabağından və onun ətrafındakı yeddi rayondan bir milyona yaxın vətəndaşlarımız öz dədə-baba yurdlarından silah gücünə çıxarıldılar.
Onlar azərbaycanın müxtəlif rayonlarında, kəndlərində tikdikləri qarğı-qamış, torpaq, yeraltı damlarda, çadırlarda yaşadılar. Ən yaxşı hal hesab edilən yaxın qohum-əqrabaların, dost-tanışların insanın yaşaması üçün heç bir kommunal şəraiti olmayan yarımçıq binalarında, tövlələrinin bir küncündəki ambarlarda yaşamaq məcburiyyətində qaldılar.
Doğulub boya-başa çatdıqları isti yurd-yuvalarında ömrləri boyu özlərinə hərtərəfli şərait qurub yaratdıqları bərli-bəzəkli ev-eşiklərini, varidatlarını, qiymətli əşyalarını erməni-rus birgə gücünə gücləri çatmadıqları üçün qoyub qaçdıqlarından onların əksəri mənəvi-psixoloji sarsıntılar keçirə-keçirə, müxtəlif dərdlərə düçar olub sağlamlıqlarını itirdilər, bir qismləri də vaxtsız dünyalarını dəyişdilər.
Qaçqınçılığın, məcburi köçgünlüyün, itginliyin ailələrə, onların hər bir üzvünə vurduğu zərbənin, yaranın təsiri çoxşaxəli olduğundan müxtəlif sosial durumlu əməli tədbirlərin həyata keçirilməsi üçün geniş bir layihənin hərtərəfli biliyə, təcrübəyə malik insanlar tərəfindən işlənilməsi və xalqın müzakirəsinə verilməsi olduqcan təqdirə layiqdir, bənzərsizdi, bəşəridi.
Layihəni işləyib hazırlayan peşəkar sosioloqların, həkim-psixoloqların, alimlərin, ziyalıların, təcrübəli yaşlı nəsil nümayəndələrinin nəzərdə tutduqları bölmələrin müddəlarının həyatda öz həqiqi yerini alması, psixoloji-mənəvi əzab-əziyyət çəkmiş həssas qrup insanların yaşamaq uğrunda apardıqları mübarizədə əməli qiymətini alacağı mütləqdir.
Layihədə nəzərdə tutulan tədbirlərin Azərbaycan dövlətinin bütün qanunlarının əsas qayəsi olduğunu görüb tam dərk edən zərərçəkmişlər, gələcəyə olan inamlarını, insanlığa olan hörmətlərini, ehtiramlarını özlərinin əməli işləri ilə cavablandırdıqca mənəvi-psixoloji əzablardan uzaqlaşa biləcəklər. Daha doğrusu cəmiyyətimizin idarə olunmasında peşəkarlar, yüksək səviyyəli sənətkarlar, tanınmış ziyalılar, alimlər, iş adamları kimi hərəkət etdikcə mənəvi-sosial, sosial-məişət problemsiz, psixoloji sarsıntılarından uzaq olan vətəndaşlarımız kimi özlərini sərbəst hiss edəcəklər.
Atalar demiş;- “İş insanın cövhəridi.” Faydalı işlə məşğul olan hər bir kəs milli xarakterimizə, adət-ənənəmizə, dəyərlərimizə, insanlığın aliliyinə yad olan işlərdən uzaq olduqlarından, tarixən sevindirici nailiyyətlər əldə edənlər olmuşlar. Unudulmamalıdır ki, 1970-1982-ci illərdə Sovetlər dönəmində Azərbaycan respublikasının bütün sahələr üzrə işləyən əməkçilərinin qazandıqları yüksək nailiyyətlər SSRİ-nin 14 respublikasını qabaqlayaraq on iki dəfə ardıcıl olaraq SSRİ dövlətinin yüksək mükafatını;- “Keçici Bayrağ”ını almışdır. Hər bir ailə yüksək qazanc əldə etdiyindən xalqımızın yaşam tərzi ilbəil yüksəlmişdi. Bu əmək adamlarının əksərinin həmin illərdə yaraşıqlı, hər cür konfortlu evləri, şəxsi maşınları oldu. Şərəfli ad-san, dövlətin yüksək mükafatları, orden medalları Azərbaycan əməkçilərinin ünvanına yazıldı, yüksək tribunalardan onların tələb və təkliflərinə hörmətlə yanaşıldı.
Bu faktlara istinad edərək bildirmək istəyirəm ki, əməksevər xalqımız istər əmək cəbhəsində və istərsə də hərb meydanlarında sözünü əməlləri ilə deyə bilmiş və deyə bilən başı uca xalqlardan biridi. Onlara meydan verilməlidi. 1941-45 -ci il Böyük Vətən Müharibəsində alman faşizminə qarşı apardıqları döyüşlərdə 127 nəfər eloğlumuzun “Sovet İttifaqı Qəhrəmanı” adı alması, 416-cı azərbaycanlılardan ibarət Taqanroq diviziyasının Berlini mühasirəyə alan SSRİ-nin digər diviziyalardan biri olması azərbaycanlıların keçdiyi şərəfli hərb yolundan xəbər verdiyindən bu tarixi anları Qarabağın işqaldan azad olunması uğrunda aparılan döyüşlərlə əlaqələndirib igidlərimizi indiki nəslin qəlbində hekəlləşdirməli, onları vətənpərvərlər kimi yetişdirməliyik. Bu missiya isə cəmiyyətimizin üzərinə düşən şərəfli bir yükdür, borcdur.
Layihənin müddüaları ilbəil həyata keçirildikcə Azərbaycan vətəndaşlarının, xüsusi ilə də müharibə və münaqişələrdə mənəvi, psixoloji cəhətdən zərər çəkmiş məcburi köçgünlərimizin, əsir və itgin düşmüşlərimizin ailələrinin həyatında böyük dəyşiliklərin yaranması labüdlüyüdür.
Doğma vətəni Kəlbəcərə ata-anasının və digər doğmalarının qəbirlərini ziyarətə gedən 1960-cı ildə Kəlbəcər rayonunun Şaplar kəndində anadan olmuş Əsgərov Dilqəm Qardaşxan oğlu (anası Bəstinin məzarını) iyulun 14-də, Quliyev Şahbaz Calal oğlu isə 2014-cü ilin iyul ayının 9-da ermənilər tərəfində tutularaq Dilqəmin ömürlük, Şahbazın 22 il həbs cəzası alması ən böyük ədalətsiz hökm olduğundan onların ailə üzvlərini daha çətin, daha ehtiyaclı duruma salmaqla bərabər bu ailələrdəki şənliyi də, deyib-gülməyi də sanki dustaq etmişdir.
İstər mənəvi, istər maddi çətinliklərlə üzbəüz dayanıb ayları, illəri saya-saya qara saçlarının bəyazlaşmasını görüb göz yaşları ilə ona sığal çəkə-çəkə namusla, şərəfli övladlar böyütmək hər bəşər övladının qismətinə düşməyib. Bu tanrı payının sahibləri mübaliğədən uzaq,-azəri qadınlarıdı.
Başqa bir misal. 1991-ci ilin iyul ayında ermənilər tərəfindən qundaqdakı körpəsi ilə əsir götürülən bir gənc ana Vəng kəndinin sovxozunun direktorunun qala divarlı, adamcıl avçarkalı həyətindəki tövləsindən gecənin bir yarısı kəşfiyatçılarımız Elxanla Kamil tərəfindən gizlincə çıxarılıb gətirilərkən Kəlbəcərin “Laçınqaya” dağında iki erməni kəşfiyatçıları ilə qarşılaşanda kəşfiyatçılarımız onları tərkisilah edib əsir götürərkən gəlin ermənidən birini tanıyır və Elxana deyir ki, bizim ailəni əsir götürüb kənddən xeyli aralıda atamı-anamı, yeniyetmə qardaşımı güllələyən, məni Vəng kəndinə əsir aparan bax bu “Tiqr” adlı saqqallıdı. Onun yazıqlanmasına, yalan danışıqlarına inanmayın. O, elə bir qəddardı ki, sözlə ifadə edə bilmərəm. Bunu eşidən Kamil avtomatını gəlinə tərəf uzadır və deyir ki, - al güllələ! Bu allahsızı allah özü qarşına çıxarıb, güllələ!.. Lakin gəlin onu güllələməkdən imtina edir və deyir ki, Kamil qağa, mən südəmər övlad anasıyam, əlimi qana bulayıb uşağıma süd verə bilmərəm. Onun cəzasını qoy allah özü versin…
Bax bu sözləri deyən doğmaları güllələnmiş, özü körpəsi ilə əsir aparılan 22 yaşlı azərbaycanlı qadındı. Bəs ermənini doğan ana kimdi?.
Əsir qadınlarımızı, qızlarımızı saçlarından tutub sürüyən, anaların qarnlarını yararaq körpələrini çıxarıb daşlara çırpan, kəsilən başları futbol oynamaq üçün dığalarının ayaqları altına atan və meyidin köksünü yarıb çıxardığı ürəyinin qanını içməkdən ləzzət alan, dünyaya özünü “yazıq” millət kimi tanıtdıran qəddar, terrorcu doğanlardılar. Xocalı, Ağdaban faciəsini törədən azəri-türk, kürd qanına susamış analardan doğulmuş atasından bixəbər bu cür qəddar övladlar 85-90 yaşlı Ağdabanlı bir qoca qarını kəndi oda qalayarkən iki gözünün arasından damın dirəyinə mıxlaması insanlığa qarşı amansızlıq, nifrət, yaradana qarşı hörmətsizlik deyilmi?! Uşaq, qoca, şikəst nəzərə almadan onları ağılagəlməz əzablarla öldürən, 6-7 yaşlı qız uşağının gözlərini çıxarb, qollarını, qılçalarını bənd-bənd doğrayan və basdırmaq üçün yaralı atanı məcbur edən cəladların kimliyini bütün bəşər bilməli, erməni yalanlarına inanıb haqqa nahaq deməməlidilər. Bu cür faktların genişliyi ilə dünyaya açıqlanması Layihənin çoxşaxəliliyinə haqq qazandırır.
Layihədə həmçinin milli qürurumuza zidd əməllərin qarşısının alınmasında qadın, ana, uşaq və yeniyetmələrin iştirakı ilə etnik zorakılıq, şiddət, cəmiyyətə utanc gətirəcək bəd əməllərin müzakirəsində ziyalı təbəqəmizin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları, Təhsil Nazirliyi, Respublika İdman və Gənclər Komitəsi, Əsir və İtgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, kitabxanalar, televiziya, radio və digər mətbuat orqanları layihənin dəyərini cəmiyyətə özlərinəməxsus yollarla çatdırmalıdırlar. Təbliğat, maarifləndirmə düzgün aparılarsa mövcud cinayətlər, boşanmalar, adət ənnənələrimizə zidd olan hərəkətlər son dərəcə azalar, şərə, böhtana əl atanlar vicdanları, həm də hüquq orqanları qarşısında cavab verməli olarlar.
Mən bu fikirlərimi uzun illərə sökənən həyat təcrübəmə güvəndiyimdən yenə də misallarla təhlil etməyi zəruri hesab edirəm. Gəncliyimdə uzun müddət yeniyetmələrlə, gənclərlə, müəllimlərlə, mədəniyyət işçiləri, hüquq orqanları ilə birgə işləmişəm. Hər sahədən olan narahat, ipə-sapa yatmayanların psixologiyasını yaxşı bildiyimdən gənclərin rəhbər orqanı olan rayon Komsomol Komitəsinin bürosunun qərarı ilə “Hüquq dərnəyi” yaratdıq. Dərnəkdə rayonun hüquq mühafizə orqanları, rayon təhsil şöbəsi, rayon mədəniyyət şöbəsi, zaks, idman komitəsi, DOSAF cəmiyyəti, rayon hərbi komisarlığının və başqa orqanların rəhbərləri cəlb edildilər. Şəhər Mədəniyyət Evinin 450 yerlik zalında ayda bir dəfə hər bir sahə üzrə verilmiş suallar cavablandırıldı, cinayət törətmiş komsomolçu-gənclərimizi cəmiyyətin cinayətdən uzaq yararlı insanlarına çevrmək üçün yollar göstərildi. İçtimai qınağa xüsusi yer verildi və s. Bu tədbirlərin nəticəsində rayon üzrə boşanmalar, oğurluqlar, dava-dalaşlar, qız qaçırmalar, yuxarı orqanlara yazılan adsız qərəzli məktublar əvvəlki illərə nisbətən ilbəil xeyli azaldı. Bu qisim narahat insanlar böhtandan, şərdən uzaq həyata başladılar. Onları artıq sarsıntı, utanclıq gətirən pis əməllər yox, xeyirxah işlər maraqlandırdı. Yaxşı və şərəfli ömür yaşamaq üçün sanki yarış başladı. “Hər kim yüz il yaşamasa günah onun özündədi” deyimi, daimi şüarları oldu. Belə insanların sayı ilbəil artdı. Hətta milli dəyərlərimizə dəyər qatan ağsaqqal, ağbirçəklərimiz də sağlam, uzun ömr yaşamaları üçün mücadilə apardılar. Belə xoş sədalı işlərin nəticəsində yaşı yüzdən yuxarı olanlar, bir əsirdən artıq ailə qurmuş cütlüklər özlərinin “Qzıl” “Mirvari” toylarını zurna balabanla keçirirmək kimi yaddaşlara yazılan dəb yaratdılar. Belə adətlərin əksəri lentə alındı, radio dalğalarında səsləndirildi, foto alibomlar şəklini aldı. Bu gün də 121 yaşlı Ellaz baba ilə onun 120 yaşlı mələkmisal həyat yoldaşı Xatın nənə ilə evliliklərinin 100 ili (bir əsr) haqqında olan televiziya çəklişi mütamadi olaraq mavi ekranlarda göstərilməkdədi.
Layihənin tələblərinə uyğun olaraq övladlarının həyatını düşünmədən kiçik bir çətinliyi, narazılığı bəhanə edib boşananlar, qatil övladlar, cinayət törətmiş ərlər, arvadlar ömürlərini mehribançılıqla başa vurmuş babalardan, nənələrdən ibrət götürməlidilər.
Bir daha etiraf etməliyik ki, ata-babalardan yadigar, miras qalmış ədəb-ərkan, and, məslək, vicdan yolu narahat qrupların həyata bağlanmalarında Quran ayəsi qədər təsirlidir. İndiki zamanda cəmiyyətimizin ailə ilə bağlı qazandığı mənəvi-əxlaqi dəyərləri ağsaqqalların xeyir-düası ilə yaşadıb gələcək nəsillərə çatdırmaq layihədə öz əksini tapmışdır.
Bilməliyik ki, layihədə nəzərdə tutulan hər bir tədbir zamanında yerinə yetirilərsə aramızda, ölkəmizdə nə narkamanlar, nə pis əməl sahibləri, nə oğurluq-əyrilik edənlər, nə beş manata görə ata, ana, baba,-nənə, qardaş-bacı qatili olanlar, nə milli qürurumuza toxunanlar, nə millətimizə yamaq olanlar olardı.
Mənəvi əxlaqi dəyərlərimizin ən kövrək sahəsi olan ailə ilə bağlı dəyərlər sistemində qızından, gəlinindən, arvadından şübhələndiyini televiziya ekranlarında, radio efirlərində utanmadan açıqlayan, namusun nə olduğunu elə də anlamayıb yalnız cinsinə görə adı kişilər sırasında hallananların hay-küylü problemləri həlini tapmasa da, ailədaxili problemləri yaradan səbəblər və həmin səbəblərin həlli yolları, əsir və itgin düşmüşlərin son talehləri haqqındakı araşdırmaların nəticələri mətbuat vasitəsi ilə açıqlanmaqla həsrətə son qoyulması layihənin dəyərinə yəqin ki yeni dəyər qatacaqdır..
Layihədə kiminsə göstərişi və tapşırığı ilə namuslu insanları şərləyən, böhtan dolu iftiralarla suçlayan, kiminsə quluna çevrilmiş şərfsizlərin kimliyi ilə bağlı açıqlamalar da öz əksini tapacaqdır. Məncə belə hallara qarşı məhkəmədən də, polisdən də artıq təsir edə bilən bir güc vardır ki, o da cəmiyyətin qınağıdır. Unutmayaq ki, “güllə yarası sağalar, söz yarası sağalmaz.”
Yuxarıdakı fikrimizlə əlaqədar layihədə nəzərdə tutulmuş müzakirələr, tədbirlər həyatda həllini tapdıqca həssas qrup və eləcədə bütün ailələrdə psixoloji gərginlik, mental dəyərlərlə bağlı problemlər aşikar göründükcə zaman və məkana uyğun hərəkətlər öz qiymətini alacaqdır.
Mental dəyərlərdən danışarkən fikrlərimi ən adi misallarla layihə icraçılarına söyləməyi və buna uyğun da əməli tədbirlər həyata keçirilməsini lazım bildim. Belə ki, müstəqillik dövründən əvvəlki zamanlarda bir gəncə elçiliyə gedilməmişdən əvvəl hər iki tərəfin nəsil-nəcabəti, oturub-durduqları şəxslərin kimliyi və s. məqamlar əl altdan yoxlanılardı. Məsləhət olardısa bu “yoxlanışlar”dan sonra razılıqla elçi gediləcək gün müəyyənləşərdi. Tərəflər qarşı-qarşıya oturub bu izdivacın baş tutub tutmamasını müəyyənləşdirmək üçün geniş müzakirələr aparardılar. Müzakirələrdən sonar gənc ailəni saxlamaq gücünə malik olan cütlüklərin ailə qurmalarına razılıq verilərdi. Onların evdarlıqları, hər işin qulpundan yapışa bilmək bacarığı, hətta ataların;-“Anasına bax, qızını al” misalı da öz qiymətini alardı. Kənd, rayon qızlarının yükü daha ağır olardı. Onlar bir az dərindən öyrənilərdilər. İndi isə qarşıya bir sual çıxır. Bəs indiki
elçilik necədir və hansı suallar gündəmdədi? Bu sualla əlaqədar bildirirəm ki, indi çox hallarda oğlanın maddi durumu, pulunun, evinin, maşınının, vəzifəsinin olub-olmaması, gələn gəlinin qaynata-qaynanaylamı yaşayacağı və s. bu kimi könül bulandırıcı suallar önə çəkilir. Amma bircə dəfə soruşulmur ki, oğlanın və ya qızın ağlı, dərrakəsi, yoldaşla, dostla ünsiyyəti, cəmiyyətdəki davranışı, geyimi-kecimi ürəkaçandımı və sair. Bax bu cür evlənmələrin ömrü az olduğundan qız da, oğlan da, həyata gələn günahsız körpələr də bədbəxt olurlar.
Bilməliyik ki, son zamanlar mənəvi dəyərlərə qarşı xarici müdaxilələr, hücumlar çoxalmaqdadı. Çalışılır ki, Azərbaycanın qədim ailə qayda-qanunları, adət-ənənələri əvəzinə avropasayağı nigahlar həyatımıza daxil olsun. Hər millətin özünün ulu adət ənənələri olduğu kimi Azərbaycan xalqının da özünəməxsus adət-ənənələri var. VII əsrin sonu, VIII əsrin əvvəlindən üzübəri islam dinini qəbul etmiş millətimiz Məhəmməd peyğənbərin ailə quruculuğu ilə bağlı dəyərli sözlərinə həmişə əməl etmiş və etməkdədirlər. Həmən sözlərə görə övlad ata-ana üzünə ağ olmamalı, qadınlar bədənlərinin görünməsinə yol verən tül parçalardan paltar geyinməməli, qardaş bacıyla, eyni cinsdən olanlar biri-biriylə evlənməməli, hər bir dinə hörmətlə yanaşılmalı, Quran-Allah kəlamlı səmavi kitab kimi qəbul edilməli, insan hər iki dünyada əməllərinə cavab verəcəyi, ənşər-mənşər gününü bir an belə olsun unutmamalıdır.
Layihədə utancaqlıq gətirən məqamların ayaq tutub yeriməməsinə qarşı çox əhəmiyyətli tədbirlərin həyata keçiriləcəyi tədbirlər də nəzərdə tutulmuşdu. Bu məqsədlə sosial qruplar arasında qarşıya çıxan problemlər ətrafında araşdırılmalar aparıldıqca mövcud vəziyyətin təhlili də nəzərdə tutulmuşdur. Bu araşdırmalar psixoloji-mənəvi baxımdan mənəvi mühit çərçivəsində öyrənildikcə daha dəyərli nəticələr əldə ediləcəkdir.
Son zamanlar ailə dəyərlərimizə qarşı hücumların son məntiqi nəticəsini dərindən anlamaq qabliyyətində olmayanlar böyük-kiçik, ağsaqqal-ağbirçək sözlərinə etinasız yanaşmaqla dövlət strukturlarında işləyən rəhbər işçilərin özlərini, ailələrini, təhqirlərə məruz qoyur, özlərinin ütanc gətirən sözlərinin məntiqinə, məzmununa dəyər vermirlər. Onların böyük bir hissəsi demokratiya və insan haqları bəhanəsi ilə qarayaxanlara, böhtançılara qoşulduqlarından özlərini də valideyinlərini çıxılmaz vəziyyətə salırlar.
Bu mənfi tendensiyalarla əlaqəli layihə təşkilatçıları itgin düşmüşlərin, qaçqın və məcburi köçgünlərin narahat ailə üzvlərini, ailədaxili münaqişələr üzrə mütəxəsisləri, ailəşunasları, cəmiyyətşunasları, ailə psixoloqlarını, sosioloqlarını, yeniyetmələr və gənclər təşkilatlarını, jurnalistləri, radio və televiziya, mətbuat işçilərini və s bir araya gətirmələri və bu layihənin bir mərkəzdən idarə olunmasını məqbul hesab etmələri olduqca ümüdverici və tərifəlayiqdir.
Sonda da gələcək nəslə vətənlə bağlı dərin bilgilər verilməlidir ki, gələcək nəsillər özlərinin ata-baba yurdlarını, soy köklərini illər ötdükcə yaddan çıxarmasınlar. Mərhum Şair Sücaətin bu iki misrası onların yaddaşının qızıl beyitləri olsun.
Əmi, dayı, ata, qardaş məzarı
Bu dağların o üzündə qalıbdı.
Layihənin tələblərinə uyğun görülməsi nəzərdə tutulmuş işlərin xeyiri, psixoloji cəhətdən maddi və mənəvi, sosioloji zərbələr almış zərərçəkmişlərimizin cəmiyyətdəki aktivləşmələrinə səbəb olacağını, Azərbaycan dövlətinin görüləcək işlərə dəstək verəcəyini bir vətəndaş kimi yəqinləşdirdiyimdən bu layihəni araya-ərsəyə gətirən təşkilatçılara, ona rəvac verən hər bir insana, layihə rəhbəri Cəmilə Çiçəyə öz dərin minnətdarlığımı bildirməklə bu çətin, lakin şərəfli işin həyata keçməsində əməyi olan hər kəsə uğurlar, dözüm arzuluyuram.
Əli Uluxanlı Abdullayev,
publisist.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar