Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan İrəvanın Bakıya sülh danışıqlarının başlanması üçün 6 təklifini yayıb.
Manevr.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Xəbər lenti
İrəvanın Bakıya təklifi yayıldı – 6 məkrli "şərt"
Təkliflər bunlardır:
1. Birinci bənddə qeyd olunur ki, martın 11-də biz Azərbaycandan müqavilə ilə bağlı təklif almışıq, ona cavab veririk.
2. Ermənistan Respublikası heç vaxt Azərbaycana qarşı ərazi iddiasında olmayıb və indi də deyil.
3. Ermənistan tərəfi üçün Dağlıq Qarabağda ermənilərin təhlükəsizliyi, onların azadlığı və hüquqları, o cümlədən Dağlıq Qarabağın son statusu prinsipial məsələdir.
4. Ermənistan tərəfi Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası Baş naziri və Rusiya Federasiyası Prezidentinin 9 noyabr bəyannaməsinin, 11 yanvar və 26 noyabr (hərbi əsirlərin qaytarılması və yolların açılması) bəyanatlarının öhdəliklərinin icrasını vacib sayır.
5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.
6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib.
Göründüyü kimi, Ermənistan tərəfi əslində bu "təkliflərlə" guya Azərbaycan tərəfinin təkliflərini dəstəklədiyini nümayiş etdirmək istəyir. Əslində isə bu "təkliflər" Ermənistanın dolayısı torpaq iddialarından hələ də tam əl çəkmədiyinin göstəricisidir. Təsadüfü deyil ki, Azərbaycan XİN rəhbəri bu "təkliflərin" heç də "təklif olmadığını" bildirib.
İkinci "təklifdə" göstərilən "Azərbaycana ərazi iddiasının" guya olmadığı barədə məsələ İrəvanın məkrli siyasətinin tərkib hissəsidir. İrəvan bu "təkliflə" keçmiş Dağlıq Qarabağ ərazisinin Azərbaycanın ərazi bütövlüyünə aid olmadığını, guya bu ərazilərin "ümumi-mübahisəli torpaqlar" olduğu təəssüratını yaratmağa çalışır.
Üçüncü "təklif"də "Dağlıq Qaranağın son statusu" adı ilə yenidən artıq keçmişdə qalan münaqişəni "diriltmək" və masaya daşımaq istəyir.
Dördüncü təklifdə 9 (10) noyabr bəyanatının tələblərinin icrasına "sədaqət" nümayiş olunsa da, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasına toxunmur - yalnız "hərbi əsir" və "yolların açılması"nı qabardır. "Yol" məsələsini də xüsusi vurğulayır - yəni dəhliz deyil.
Və nəhayət, 6-cı "təklif"də Ermənistan daha bir ölünü diriltməyə çalışır - Minsk Qrupunu. Çünki məhz bu qrupun əli ilə 26 il işğalı qorumağı bacarmışdı.
Halbuki Minsk Qrupu artıq yoxdur, Minsk Qrupundakı həmsədrlər artıq "Qafqaz üzrə nümayəndə" statusundadırlar. Həm də birgə deyillər, regiona da ayrı-ayrılıqda səfər etdilər. Ukrayna savaşından sonra və Qərblə Rusiyanın bütün məsələlərdə toqquşduğu bir məqamda bu ölkələrin nümayəndələrinin bir yerdə hansısa bir konflikti nizamlamaq üçün "məsləhətçi" olmağa mənəvi haqları da yoxdur. Üstəlik, heç bu ölkələr də bir qrupda təmsil olunmaq istəmirlər və bunu ilk olaraq Rusiya etiraf etmiş, Minsk Qrupunun artıq çalışmadığını bildirmiş, MQ-dəki nümayəndəsini isə başqa statusa keçirmişdi.
Azərbaycan Prezidenti münaqişənin artıq keçmişdə qaldığını, Azərbaycanın BMT və bütün beynəlxalq qurumlar çərçivəsində tanınan ərazi bütövlüyünü öz gücünə bərpa etdiyini, Qarabağda məskunlaşan bir ovuc erməniyə isə heç bir status verilməyəcəyini bildirib. Azərbaycan rəsmən elan edib ki, Qarabağda yaşayan ermənilərin məsələsi ölkənin daxili işidir və onların hüququları digər Azərbaycan vətəndaşlarının hüquqları kimi qorunacaq; Azərbaycan daxili məsələsini isə heç bir ölkə ilə müzakirə etmək niyyətində deyil.
Azərbaycan hər dəfə Ermənistana sülh yolu ilə münaqişənin həlli üçün şans tanıyıb, İrəvan isə hər zaman müxtəlif bəhanələrlə işğal reallığını qorumağa çalışıb. Nəhayət, Azərbaycan Ordusu öz ərazisi bütövlüyünü bərpa etmək üçün hərəkətə keçdi. Ermənistanın savaşın dayandırılması barədə yalvarışlarına Azərbaycan yalnız işğal olunan rayonlardan erməni qoşunlarının çıxarılmasının dəqiq tarixini aldıqdan və erməni qanunsuz birləşmələrinin ölkəmizin ərazisini tərk etməsi tələbinin qəbulundan sonra müsbət cavab verdi və 10 noyabr bəyanatı imzalandı.
Ermənistan 10 noyabr bəyanatının tələblərini - o cümlədən, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılmasını nəinki yerinə yetirmir, həm də siyasi söz oyunu ilə guya Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını bildirir və dolayısı ilə Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasındakı qanunsuz birliklərin qalma səbəbini "əsaslandırmağa" çalışır.
Azərbaycan Prezidenti sülh təkliflərinin heç də daima qüvvədə olmayacağı barədə rəsmi bəyanatını verib. Ermənistan bu cür "təkliflərlə" növbəti qanlı oyunlarını davam etdirmək istəyərsə, Azərbaycan sülh təkliflərini geri çəkəcək və tarixi Azərbaycan torpaqlarına - Zəngəzur, Göyçə də daxil olmaqla - iddiasını ortaya qoyacaq.
Bu dəfə isə başı Ukraynada möhkəmcə qarışan Rusiyanın İrəvanı qorumaq üçün yardıma gələcəyi və yaxud Rusiyadan pulsuz-parasız milyardlarla dəyəri olan silahlar göndəriləcəyi çox mübahisəlidir.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar