Xəbər lenti
Xankəndiyə zəng edən kim idi?
44 günlük döyüşdə aldığı zərbələrdən sonra ermənilərin “çıldağ”a ehtiyacı var, əsl xof içərisindədirlər.
Budur, Qarabağdakı separatçı dəstə xəbər yayıb ki, Azərbaycan və Türkiyə vətəndaşları tərəfindən Xankəndiyə zənglər olunur.
Özünü “milli təhlükəsizlik nazirliyi” kimi təqdim edən banda üzvləri Qarabağ ermənilərini sakitliyə çağırıb, belə zənglər haqda onlara məlumat verməyi məsləhət görüb.
Bu sarsaqlar hələ də anlamırlar ki, onlara son dəfə şans verilib, ya adam olub, Azərbaycan vətəndaşı kimi burada yaşayacaqlar, ya da günün birində onların da... Savaşdan sonra keçən 8-ci ayda Qarabağ çöllərindən tapılan 1585-ci meyit sümükləri bunlara dərs olmalıdır! Özü də təkcə bunlara yox, arxalarındakı sahiblərinə də! Nə cəsarətlə 27 iyunda Kəlbəcər və Tovuz istiqamətindən mövqelərimizi atəşə tutublar, kimə, nəyə arxalanırlar? Bu məxluqlar anlamırlarmı ki, növbəti dəfə “Dəmir yumruq” işə salınsa, onların izi-tozu qalmayacaq bölgədə?!
Prezident 27 iyunda növbəti dəfə sözünü dedi və xilas yolunu göstərdi. Sitat: “Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur”.
Azərbaycan lideri dediyini edir, unutmasınlar! Dedisə “Dağıq Qarabağ adlı ərazi vahidi yoxdur”, deməli, heç vaxt olmayacaq. Ancaq separatçılar hələ də ağıllanmaq istəmirlər. Guya Azərbaycan və Türkiyə vətəndaşları Qarabağ erməniləri arasında qorxu, təlaş yaratmaq üçün Xankəndiyə zənglər edirlər. Bunlar xəstədirlər! Azərbaycan və Türkiyənin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, Ermənistanın da daxil olduğu əməkdaşlıq formatının yaranmasında maraqlıdırlar. Bunu qalib tərəf rəsmi şəkildə bəyan edir və İrəvanı da ağlını başına yığmağa çağırır. Belə olan təqdirdə bir ovuc ermənini qorxutmaq nəyə lazım? Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir ki, bu dövlətin qanunlarına riayət edən istənilən erməniyə toxunulmayacaq, vətəndaşımız olaraq yaşamaq şansı əldə edəcək. Azərbaycan hətta savaşın qızğın vaxtında mülki erməniləri hədəfə almadı, hətta Ermənistanın Gəncədə, Bərdədə, Tərtərdə, Naftalanda hərbi cinayətlər törətdiyi halda, indi niyə öz vətəndaşlarına qarşı “qorxutma siyasəti” yürütsün ki?..
Əslində qondarma rejim başçıları burdakı 25-30 min ermənini qorxu altında saxlayır - “Türk xofu” yaradıb bu bədbəxtləri girovluqda yaşamağa vadar edirlər. Odur ki, günün birində Azərbaycan dövlətinin özünün Qarabağdakı erməni vətəndaşlarını adam oğruları, qatillər, cinayətkarlardan xilas üçün ən sərt tədbirə əl ata bilər, bunu beynəlxalq hüquq da tələb edir! Ermənistanın Gəncəyə raket hücumu nəticəsində yaralananlardan biri erməni əsilli Azərbaycan vətəndaşı Karina Qriqoryan idi, bu fakt çox şey deyir. Karina demişdi ki, Qarabağ hadisələri başlamazdan çox əvvəl o, Gəncədə yaşayır, çünki bura onun üçün doğmadır. Qriqoryan kimi 30 mindən çox erməni təkcə Bakı sakinidir. Necə olur ki, 30 min erməni Azərbaycan paytaxtında təhlükəsiz şəraitdə yaşaya bilir, ancaq Qarabağdakı 25-30 min erməni Azərbaycanın tərkibində yaşamağı təhlükəli hesab edir? Deməli, səslənən iddiaların heç bir əsası yoxdur və ola da bilməz.
Əslində sabahını düşünən erməni gecikmədən Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidir, çünki Ermənistanın terrorçu, faşist mahiyyəti orda yaşayanlar üçün təhlükəli perspektiv vəd edir, nəinki qarabağdakılar üçün. Əgər belə olmasaydı, son aylarda 80 minə yaxın erməni ölkəni tərk etməzdi. Qarabağ erməniləri də məmnuniyyətlə çıxıb getmək istəyirlər, heç şübhəsiz, amma başı tamamən əzilməmiş oyuncaq rejim imkan vermir. Müharibə dövründə erməni mediası xəbər yaymışdı ki, Xankəndini 50 mindən artıq şəxs tərk edib, amma sonrakı dönəmdə hətta rusların kölgəsində onların yarısı belə, geri qayıtmadı, çünki on illərdir girovluqdaydılar, fürsət düşən kimi qaçdılar. Qarabağdakı dinc insanlar Araik Arutyunyan-Vitali Balasanyan rejimindən qorxduqları üçün Azərbaycan dövlətinə müraciət edə bilmirlər. Ancaq heç şübhəsiz, Azərbaycan dövləti öz vətəndaşlarının taleyinə biganə qalmayacaq.
Xankəndidəki mənzillərin satışa çıxarılması xəbərləri boşuna deyil. Dərhal separatçı rejim hərəkətə keçdi, təkzib verdi, Ermənistan mətbuatı bir-birinə dəydi. Xankəndi erməniləri evlərini satıb, canlarını qurtarmaq istəyirlər bu quldurlardan. Separatçılar da qorxurlar ki, bu evləri türklər ala və Xankəndiyə “məxməri yolla” giriş baş tuta bilər.
Gec-tez bu, baş verəcək. Çünki bu şərtlər altında uzun müddət yaşamaq mümkün deyil. Qarabağdakı mülki ermənilər anlayırlar ki, onlar faktiki olaraq “torba”nın içərisindədirlər, günün birində Azərbaycan bu “torba”nın boğazındakı ipi çəksə, Laçın dəhlizi bağlansa... Bəlkə də Bakı onlara öz köməyini təklif etməlidir bu durumda. Məsələn, Tofiq Zülfüqarovun dediyi kimi, Qarabağ ermənilərinin çıxıb getməsi üçün şərait yaratmaq lazımdır. Laçın dəhlizi Ermənistana aparır, gedə bilmirlər, ancaq digər istiqamətdən ikinci “dəhliz” yaradıb “getmək istəyən gəlsin” demək olar, hətta onların mülklərinin satın alınması müqabilində...
Oyuncaq rejim həyasızcasına Azərbaycanı ittiham edir, Xankəndidəki su probleminə görə. Qarabağın su mənbələrinin qarşısını 30 ildə nağıllardakı div kimi kəsib torpaqlarımızı şoranlaşdıran, insanlarımıza məşəqqətlər yaşadan düşmən tör-töküntüləri indi günahı bizdə axtarır. Sərsəng Su Anbarına görə AŞ PA-da qəbul olunan qətnamə hələ də icra olunmayıb, unutmasınlar. Onun da icrası Azərbaycanın üzərinə düşəcək, sözsüz! Xankəndi əhalisinin problemləri varsa, bəli, bunu Azərbaycan dövləti həll etməlidir, yetər ki, ordakı cinayətkar sürüsü rədd olub getsin, dövlət qurumlarımızın normal fəaliyyətinə şərait yaradılsın.
Xülasə, su istəyirsiniz, onda adam olun! Bunlar anlamaq istəmir ki, Xankəndiyə zəng etmək qəbahət deyil, Xanın kəndi deyilmi? Ağıllanmasalar, “əcəl zəngi”i də ola bilər.musavat.om
Elşad Paşasoy
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar