Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağın işğalında ƏSL HƏDƏF BU İMİŞ: Ermənistandan SENSASİON ETİRAF

Tarix: 31-01-2019 19:04     Baxış: 3395 A- / A+
Qarabağın işğalında ƏSL HƏDƏF BU İMİŞ: Ermənistandan SENSASİON ETİRAF

Su resursları strateji əhəmiyyətə malikdir, bunu Ermənistanda və “Artsax” (Dağlıq Qarabağ – red.) əla anlayırlar. Neft, əlbəttə, yaxşıdır. Amma enerji resurslarını nə iləsə əvəz etmək olar, suyu heç nə ilə əvəz etmək olmaz.


Manevr.az
xəbər verir ki, bu fikirlər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “DQR”in “prezident”inin mətbuat katibi və məsləhətçisi David Babayan müəllifi olduğu “Azərbaycan-Qarabağ münaqişəsinin hidropolitikası” monoqrafiyasının İrəvandakı təqdimat mərasimində deyib.

Monoqrafiyada müasir beynəlxalq münasibətlərdə hidropolitika, suya görə münaqişələr və Dağlıq Qarabağlı su resursları kimi mövzular yer alıb.

Qeyd edək ki, Azərbaycanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır.

Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Tərtər çayı üzərində tikilən Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılıb. Sərsəng su anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

Lakin uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə yayda illik su normasının 10-15 faiz buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Bu gün 7 rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir.

Sözügedən monoqraqfiya isə ermənilərin işğalla çatmaq istədikləri hədəflər arasında su ehtiyatlarının mühüm yer tutduğunu bir daha göstərmiş oldu.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar