Xəbər lenti
40 saniyə sürməyən yalan
Yalan hər zaman bəyənilməyən haldır. Yalanın yalan olması üçün onu danışan insanın bunu dərk etməsi, bilməsi vacibdir. Əks halda, psixoloji olaraq danışdıqları səhvin fərqinə varmayanlar, bunu yalnış olaraq qəbul etməyənlər tibbi olaraq xəstə adlandırılırlar. Yalanın elmi nəzəriyyədəki sinonimi aldatmaq, iftira atmaq, uydurmaq, saxtakarlıq etmək, fikir oğurlamaq, riyakar olmaq, göz yummaq və s.. Yalan danışan insanla bağlı isə ən çox istifadə edilən terminlər bunlardır. Yalançı, saxtakar, iki üzlü, əxlaqsız, xain, səmimiyyətsiz, sədaqətsiz və s.
Yalan danışa bilən insanın beyin quruluşu da bir qədər digərlərindən fərqlənir. Qarşındakını aldatmaq, onun beynindən keçənləri anlamaq, aldadılan insanın reaksilarını analiz edə bilən, yalana bais olan mövzuyla bağlı öncə söylədiklərini ağlında saxlaya bilən biri olmaq təbii ki çətindir. Yalanın bir çox forması müşahidə edilir. Ən işlək olanı insanın müdafiə məqsəqli dediyi yalandır ki, hücum və cəzaya qarşı müdafiə olunmaq üçün söylənilir. Xarakter olaraq yalan danışan insanlar qorxaq və mənəvi cəhətdən gücsüz olurlar. Belə adamlara hər şeyi etdirmək mümkündür. Çünki onların əsas amalı özünümüdafiədir ki, bunun da çıxış yolunu yalan danışmaqda, kimisə aldatmaqda görürlər. “Yalan ayaq tutar ancaq yeriməz” atalar misalı həqiqətdir, ümumiyyətlə, “yalanın ömrü 40 gündən artıq olmur”. Hər bir halda bu təşəbbüsdə olan insanın qarşısındakını aldatmaq cəhdi bir yerdə qırılmalı və əsl mahiyyətini büruzə verməlidir. Bir neçə gün öncə Səhiyyə naziri Oktay Şirəliyevin Mingəçevir İES-də baş verən partlayışla bağlı yaradılan dövlət komissiyasının iclasında verdiyi hesabatda söylədiyi fikirlər də çox uzun sürmədi. Aydın oldu ki, onun dediyi kimi bütün xəstəxanalarda generatorlar quraşdırılmayıb və hamısı işlək vəziyyətdə olmayıb. Bunu ölkənin bir nömrəli şəxsinin dilindən eşitmək heç də təəccüblü sayıla bilməz. Ən azından ona görə ki, bütün resurslara sahib olan dövlət başçısı bütün məsələlər barədə ən dolğun məlumata sahib olmalıdır. Təkcə dövlətin rəsmi qurumları deyil, habelə qeyri-rəsmi qurum və idarələr prezidentin birbaşa nəzarətində, hətta tam məxfi fəaliyyət göstərə bilər, ondan başqa heç bir orqana və heç bir şəxsə hesabat verməyə bilər. Bunu qanun birbaşa təsbit edir. Başqa sözlə, prezidentin bütün rayon və şəhərlərdə hər zaman görən gözü, eşidən qulağı var və olmalıdır. Bu təkcə bizə xas olan xarakterik hal deyil. Dövlətin mahiyyəti bunu diktə edir. Ona görə də nazir kürsüsündə oturan şəxsin, dövlət tərbiyəsi alan yüksək çinli məmurun birinci şəxsə yalan danışması və buna təşəbbüs etməsi normal qəbul oluna bilməz.
Prezidentin də dövlət əhəmiyyətli iclasda bunu irad tutması, televiziya və kütləvi informasiya vasitələrində bunun işıqlandırılması ictimai müzakirələrə yenidən səhiyyəylə bağlı hər zaman mövcud olan narazılıqları önə çıxardı, beyinlərdə yeni sualların yaranmasına səbəb oldu. Heç kəsə sirr deyil ki, Azərbaycan səhiyyəsindəki çatışmamazlıqlar, nöqsanlar, problemlər saymaqla bitən deyil. Ona görə də növbədənkənar prezident seçkilərindən sonra xalqın mütləq çoxluğu formalaşdırılacaq yeni hökumətdə səhiyyə nazirinin dəyişdiriləcəyini ön görürdü. Buna kifayət qədər əsas da var idi. Lakin ölkə başçısı Oktay Şirəliyevin səhiyyə sahəsində təcrübəsini yeni hökümətdə də bölüşməsiylə bağlı müstəsna səlahiyyəti çərçivəsində qərar verdi. Birmənalı qarşılanmayan bu təyinat ictimai vicdanda, rəydə ən azından sarsıntıya səbəb olmadı. Əvvəla ona görə ki, sözügedən kadr öncəki hökumətdə də təmsil olunurdu. Digər tərəfdən, hüquqi olaraq prezidentin müstəsna səlahiyyəti müzakirə mövzusu ola bilməz. Lakin hər şey bir neçə gün öncəyədək belə idi. Çünki idarəçilikdə də, həyatın bütün sahələrində də, dində də bir çox şeylərə göz yummaq olar, ancaq yalanı əsla qəbul etmək və yola vermək qəbulolunmazdır. Həzrəti Əli də buyurur ki, “Doğruluq-danışığın ilahi fitrətə uyğunluğu, yalan isə danışığın ilahi fitrətdən uzaqlaşmasıdır”. Siyasi kluarlarda dolaşan söz-söhbətlərdən mediaya və nəticə etibarı ilə ictimaiyyətə məlumdur ki, ölkə başçısı yalanı həzm etmir, buna qarşı olan xarakterə sahibdir. Bir də burada söhbət təkcə fərd olaraq prezidentin aldadılmasına təşəbbüsdən getmir. Qanunvericiliyimizin əsası olan Konstitusiyanın 8-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir. Deməli, dövlət başçısına danışılan yalan eyni zamanda 1o milyonluq xalqı aldatmağa yönəlib. Bunun isə hüquqi və etik cəzası mütləq olmalıdır...
Rövşən
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar