Xəbər lenti
Uşaqlarınız gözü açıq yatır, yuxuda gəzirsə - DİQQƏTLƏ OXUYUN
Bir qayda olaraq insanlar yatan zaman gözlərini yumurlar. Amma bəzən elə insanlar olur ki, onlar yatan zaman gözlərini yarıaçıq saxlayırlar, ya da ümumiyyətlə açıq gözlərlə yatırlar. Bu kimi mənzərə qarşısında biz onların oyun oynadığını düşünə bilərik. Lakin bu heç də belə deyil. Bunun bir sıra ciddi səbəbləri var.
Publika.az oxucularına insanların nə üçün gözləri açıq şəkildə yatdığını izah edəcək bir sıra səbəbləri təqdim edir:
Laqoftalm
Həkimlər iddia edirlər ki, uşaq yaşlarında bu müşahidə olunursa, normal hal hesab etmək olar. Məsələ ondadır ki, gün ərzində körpələr bir çox fərqli təəssüratlar yaşayır və bu onlarda çox fərqli emosional durum yaradır. Nəticədə onlar narahar yatır və yuxu rejimləri pozulur. Bəzən yuxuda qışqırdıqlarını da eşidə bilərsiz. Əgər uşağın göz qapaqları yarıaçılmış haldadırsa, bu onların göz almalarının sürətli hərəkətləri ilə bağlı olur. Bəzən sürətli yuxu əlaməti kimi də qiymətlədirilə bilər. Əgər bu halda körpə özünü yaxşı hiss edirsə, sadəcə yerinə qoyan kimi tez bir zamanda yatırsa, görməsi ilə bağlı heç bir problem yoxdursa, onun üçün narahat olmağa ehtiyac yoxdur.
Endokrin problemləri
Böyüklərdə isə bu proses o qədər də normal qarşılanmır. Buna ilkin olaraq qalxanvarı vəzinin fəaliyyətinin pozulması səbəb ola bilər. Zamanla isə bu vərdiş halını almağa başlayır. Tireotoksikoz zamanı göz almaları yuvalarından çıxır və belə olan zaman yuxu zamanı gözlər tamamilə bağlanmır.
Göz qapaqlarının patologiyası
Bizim gözlərimiz xüsusi əzələnin vasitəsi ilə müəyyən zəif qığırdağa bağlanır. Amma əgər hansısa bir səbəblərdən əzələ quruluşu düzgün deyilsə və ya qığırdaq qüsurludursa belə halda da göz qapağı tamamilə bağlanmaya bilir.
Əsəb sisteminin problemləri
Hər birimiz yuxuda gəzən və müxtəlif hərəkətlər edən lunatiklər haqqında eşidirik. Əslində bu çox nadir hal deyil. İnsanların böyük əksəriyyəti lunatizmdən əziyyət çəkir. İçərisində uşaqların və yeniyetmələrin olduğu 50% -ə yaxın insan yuxuda nələr etdiyini xatırlamır. Həkimlər bu xəstəliyi mərkəzi sinir sisteminin funksional pozuntusu ilə əlaqələndirirlər. Çünki son illərdə araşdırmalar lunatizmin uşaqlardan çox bpyüklərdə rast gəlindiyini göstərib. Bir qayda olaraq xroniki xəstəliklər, uzun müddətli yuxusuzluq, stres, beyinin və ürək-damar sisteminin fəaliyyətinin pozulması buna səbəb ola bilər. Bəzən bu sakitləşdirici, narkotik tərkibli yuxu dərmanları və alkaqollu içkilərin təsirindən də yarana bilər. Bu insanlar normal görünsə də yuxu zamanı gözləri açıq şəkildə hərəkətdə olurlar.
Viskonsin-Medison Universitetindən olan bir qrup alim siçovullar üzərində araşdırma aparan zaman onları yuxusuz saxlayır. Yuxusuz qalan siçovulların beyin yarımkürlərində isə "passivlik" müşahidə edilir. Onlar gəzsələr də əslində yatmış olurlar. Yatdıqları vəziyyətlə oyaq qaldıqları vəziyyət arasında heç bir fərqi anlamaq olmur.
Yaxın zamanlarda İsrailli mütəxəssisləri gözlərin sürətli hərəkətləriylə bağlı (qeyri-stabil hərəkət) "paradoksal yuxu" arasındakı bağlılığı öyrənməyə çalışıblar. Amma niyə gözlər hərəkət edir? Bu sualın cavabını tapmaq üçün alimlər epilepsiyadan əziyyət çəkən 19 nəfər üzərində 10 gün müşahidə aparıblar.
"Biz vizual obrazların tanınması və yaddaşın fəaliyyətini yoxlamaq üçün gicgah hissələrində neyronların elektrik fəallığını müşahidə etdik. Nəticə göstərir ki, epilepsiya anında bu hissədə neyronların fəaliyyəti dərhal aktivləşir. Biz ya hər hansı təsvir görür və xatırlayırıq, ya da o ana dair ümumiyyətlə bütün təsvir və yaddaşımızı itiririk. Gözlərin qeyri-stabil hərəkəti də məhz həmin proseslər əlaqədar olur. Beyinin sürətli fəaliyyəti anında gözlər yuvalarında aktiv hərəkət edərək tipik təsvirlər emal etməyə çalışırlar.
Bu onu göstərir ki, insanlar yuxuda olarkən belə gözlərin vəziyyəti aktiv qalır. Əgər açıq gözlərlə yatırsızsa, bunun səbəblərini öyrənməyə və aradan qaldırmğa çalışın. İlkin olaraq yuxu rejiminizi və gərgin iş rejiminizi qaydasına salın.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar