Xəbər lenti
Ədalətli padşah xəyanətkarı niyə 33 metr dərinliyində basdırdı?
Əmanətdarlıq dinimizin ən fəzilətli sifətlərdən biri hesab olunur. Allah Təala Quranda buyurur: "Həqiqətən, Allah sizə əmanətləri(vacibi əməlləri Allaha və camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir". ("Nisa" 58).
Manevr.az deyerler.org-a istinadən bildirir ki, keçmiş zamanlarda Xəttab adlı bir ərəb taciri var idi. O, Ənuşirvan padşahlıq edən zaman Hicazdan İrana ticari mallar gətirərdi. O, bu işdən çox qazanc əldə etdi və ona görə də İsfahanda qalmağa qərar verdi. Qaldığı müddətdə İsfahanın əmiri ilə yavaş-yavaş tanış oldu. Ancaq tamahkar əmir onun mallarını alıb, pulunu vermirdi. Xəttab pulunu tələb edən zaman əmir ona mal verdiyini inkar edirdi. Xəttab İranın paytaxtı olan Tisfuna gəlir. Bir neçə gün Mədayində qalır və sonra yenə yoluna davam edir.
Bir gün bir müəllimi görür ki, uşaqlara ərəb dilindən dərs verir. Onun yanına gedir və başına gələnləri ona danışır. Müəllim ona deyir: "Sabah saraya get! Orada asılan zəncir görəcəksən. Əlini o zəncirə vur və padşahın adamları gələcəklər. Səni onun yanına aparacaqlar. Öz hadisəni ərəb dilində şaha danış və qoy tərcüməçi tərcümə etsin. Bu zaman məqsədinə çatacaqsan".
Xəttab onun dediyi kimi etdi, ancaq tərcüməçi onun dediklərinin əksini tərcümə edirdi. O, şaha dedi ki, bu, bir yoxsul ərəbdir, sizin yanınıza ehtiyacı olduğu üçün gəlmişdir. Şah da öz xidmətçilərinə əmr edir ki, ona qızılla dolu pul kisəsi versinlər.
Xəttab bu haldan təəccüblənir və müəllimin yanına gedir. Ona başına gələnləri danışır və müəllim ona deyir: "Tərcüməçi ya sənin sözlərini başa düşməyibdir, ya da İsfahanın əmirini müdafiə edibdir. Yenə şahın yanına get və şikayətini təkrar et".
Tacir sonrası gün yenə gəlir, ancaq həmin hadisə yenə təkrar olur. Ona yenə pul verib göndərirlər. Müəllim deyir: "Bu dəfə get və bu bir neçə fars sözünü de: "İcazə verin özüm tərcüməçi gətirim ki, sözlərimi düzgün tərcümə etsin"". Əgər icazə versə, mən səninlə gələcəyəm.
Xəttab belə etdi və şah başa düşdü ki, tərcüməçi xəyanət etmişdir. Ona görə icazə verir ki, özü ilə tərcüməçi gətirsin.
Xəttab müəllimlə birlikdə şahın yanına gəlir və İsfahan əmirinin zülmlərindən söz açırlar. Şah tərcüməçisinə qəzəblənib deyir: "Zalım qardaşın İsfahanda insanları qarət edir və sən də burada ondan zülm görmüşləri qovursan?".
Zindan sahibinə əmr edir ki, onu həbs etsin.
Müəllimə əmr edir ki, ərəb taciri qonağı etsin. Müəllimi isə saray tərcüməçisi edir. Sonra bir neçə nəfəri tədqiq üçün İsfahana göndərir və onlara əmr edir ki, əgər bu kişinin dedikləri düzdürsə, əmiri mənim yanıma gətirin.
Şahın adamları Xəttabın dediklərini təsdiq etdilər və əmiri həbs etdilər. Şah əmr verdi ki, dərinliyi 33 metr olan quyu qazsınlar və hər ikisini orada basdırsınlar.
Ənuşirvan sonra nə üçün belə etdiyini izah edir: "Ağaclar cəsədlərdən qidalana bilir və o ağac ki, xəyanətkar insanın cəsədindən qidalanar - meyvələrinə təsir qoyar. Ağacın kökləri 3 metrdən dərinliyə qədər gedib çata bilmir. Ona görə də quyunu 33 metr dərinlikdə olmasını istədim ki, heç bir ağac onların cəsədindən qidalana bilməsinlər.
Çünki əks halda onun meyvələrini yeyən insanlarda da həmin xəbis sifətlər meydana gəlir".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar