Xəbər lenti
“TƏHSİL MÜƏSSİSƏSİNƏ OBYEKT KİMİ BAXIRLAR :təhsil - dərk olunmamış həqiqətdir:” -Şahlar ƏSGƏROV
UNEC-in Zaqatala filialı Qafqaz dağlarına yaraşır.
Keçən on illərdə təhsildə baş verən neqativ hadisələrə əsaslanaraq “təhsil - dərk olunmamış həqiqətdir” - fikrini təkrarən söyləmişdim. Bəzən sərt tərzdə “təhsil müəssisəsinə obyek kimi baxırlar” fikrini də işlətmişəm. Ancaq son illərdə təhsil sahəsində baş verən müsbət dəyişikliklər təhsilimizin gələcəyinə ümidlə baxmağa əsas verir.
Bu günlərdə UNEC –in rektoru prof.Ədalət Muradovun rəhbərliyi ilə filiallar uzrə rektorun məsləhətçisi prof.Rövşən Göyüşov, rektorun koməkçisi Ramil Cabbarov, TKQİM-nin direktoru dos.Raqif Qasımov, tələbə rektor Cabbar Hüseynlidən ibarət heyət UNEC-in Zaqatala filialında ezamiyyətdə olmuşdur. UNEC İctimai Nəzarət Şurasının üzvü kimi mən də heyətin tərkibində idim.
Səfərin əsas məqsədi UNEC Zaqatala filialında təhsil prosesinin təşkili, imtahanın gedişatı və maddi - texniki bazası, mənəvi mühit səviyyəsi ilə tanış olmaq, habelə tələbə, müəllim, texniki heyətlə görüşmək və validyinləri narahat edən sualları dinləmək, arzularını eşitmək idi. Bütün bunlar da özlüyündə təhsilin keyfiyyətini yüksəltmək niyyətini daşıyırdı.
UNEC-in Zaqatala filialının yaranmasının siyasi, iqtisadi və mədəni əhəmiyyəti çox böyükdür. Bu regionda yüksək səviyyəli bir universitetin qurulması sevindirici haldır. Filial zamanında və yerində açılmış bir ali təhsil ocağıdır. Yaraşıqlı binası, işıqlı və isti auditoriyaları, yeməkxana və yataqxana şəraiti arzu olunan səviyyədədir. UNEC-in Bakıda bərqərar olunan akademik -pedoqoji və etik normaları, Zaqatala filialında da qüvvədədir. İmtahanların obyektivliyi və şəffaflığı filialda da diqqət mərkəzindədir. Əminəm ki, bu yanaşma gənclərin qonşu dövlətlərdə fəaliyyət göstərən (bu problemlər dəfələrlə Milli Məclisdə müzakirə olunub) və keyfiyyətsiz təhsil verən universitetlərə axınının qarşısını alacaq. Nəticədə ölkədən xaricə valyuta axınının qarşısı alınacaqdır. Bölgədə yaşayan elmi dərəcəli insanlar filialda işləyəcək və onların intellektual potensialından istifadə ediləcək. Region etnik baxımdan rəngarəng olduğundan, universitet həm də mədəni mərkəz rolu oynayacaq. Ali məktəbdə bir çox millətlərin nümayəndələri birlikdə təhsil alacaq.
Aristotelin bir kəlamında deyilir ki, “ürəyi maarifləndirmədən zehni maarifləndirən təhsil, heç də yaxşı təhsil hesab edilə bilməz”. Keyfiyyətli təhsil almaq üçün gənclər ürəklərini də təhsil prossesinə qoşmalıdırlar. Gəncləri bilik almağa həvəsləndirmək üçün rektorun istifadə etdiyi metodlar çox maraqla qarşılanırdı. Təhsildə yarışmaq ruhunu yaratmaq üçün tələbə və müəllimlərlə görüşündə rektor söylədi:
Zaqatala filialında ən yüksək nəticə göstərən tələbəyə bir semestrlik UNEC Bakıda təhsil almaq hüququ veriləcək;
2017/18-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri əsasında filial üzrə ən yaxşı nəticə göstərmiş 3 tələbəyə təqaüd təyin ediləcək;
Elmdə yarışma ruhunu müəllim kollektivinə tətbiq etmək niyyəti ilə rektor professor-müəllim heyəti ilə görüşdə dedi ki, yerli və beynəlxalq konfranslarda iştirakı dəstəkləyəcək, differensial əmək haqqı sistemi burada da tətbiq ediləcəkdir. Dünya səviyyəli elmi jurnallarda məqalə çap etdirən UNEC müəllimi 1000 manatdan 4000 manata qədər mükafat alacaq. Təbii ki, bu tezisləri eşitmək nəinki müəllim və tələbələr, mənim üçün də xoş idi. Filialın müəllimlərinin elmi potensialının artırılması üçün rektor onların fevral ayında UNEC-in Quba tədris, idman və istirahət kompleksində təşkil olunacaq qış məktəbində iştirakının təmin ediləcəyini bildirdi.
Ancaq hələ filialın qarşısında duran və görülməsi vacib işlər daha çoxdur. Birinci vacib olan məsələ tələbə kontingeti yığmaqdır. Bu problemi həll etmək üçün rektor növbəti tədris ilində Gürcüstanın və regionun Azərbaycan dilində tədris aparan ən yaxşı məktəblərinə səfərlər təşkil olunacağını bildirib. Üstəlik bu problemi uğurla həll etmək üçün stimullaşdırıcı tədbirlər haqqında da məlumatlar verdi.
Maddi- texniki bazanın təkmilləşməsi ilə bağlı problemləri(sürətli internet xətti, kompüterlər) tezliklə həll etmək üçün zəruri göstərişlər verdi. Tədris- metodiki işlərin, kitabxananın, linqafon kabineti kimi problemləri həll etmək üçün tapşırıqlar verdi. Rektor tələbələrin məişət problemləri, onları və valideyinləri düşündürən sualları da cavablandırdı.
Filialda tədris prosesinin təşkilində rəhbərliyi və tələbələri narahat edən ciddi nöqsanlara rast gəlinmədi. UNEC-in Zaqatala flialında qayğıkeşlik və tələbkarlıq birlikdə yaşayır. Universitet respublikamızın bu dilbər guşəsinə üzük qaşı qədər yaraşır. Rektorun, müəllimlərin və gənclərin təhsillə bağlı fikirləri " təhsil artıq dərk edilən həqiqətdir" deməyə əsas verir. Bu fikrin altından ona görə xətt çəkdim ki, yanvarın 24-də Bakı Slavyan Universitetində (BSU) imtahanların gedişini izlədik. Səliqə- səhman, nizam –intizam gördük. Qısa müddətdə bu universitetin nail olduğu təhsil uğurları da sevindiricidir. Azərbaycan XXI əsrə yeniləşən universitetlərlə gedir.
Prof. Şahlar Əsgərov,
Əməkdar elm xadimi,
UNEC İctimai Nəzarət şurasının üzvü.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar