Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Hətta, süpürgəçi belə onlara pul verib "Qızıl qələm" media mükafatı ala bilər" -Əməkdar jurnalist od püskürdü

Tarix: 08-09-2017 12:54     Baxış: 3803 A- / A+
"Hətta, süpürgəçi belə onlara pul verib "Qızıl qələm"  media mükafatı ala bilər"
"Süpürgəçi belə onlara pul verib media təltifatı ala bilər. "Qızıl qələm", "İlin jurnalisti", "Peşəkar jurnalist", nə desəniz bu saxtakarlara sifariş edə bilərsiniz."

Manevr.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Azər Həstət AzərKİVİHİ adlı media təşkilatının yarıtmaz fəaliyyəti, müxtəlif adda diplom və mükafat satması ilə bağlı narazılığını bildirərək dilə gətirib:

"AzərKİVİHİ adlı bir qondarma jurnalist təşkilatı var. Adının açıqlaması belədir: Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı. Bu təşkilat, əslində, heç mövcud deyil. Amma sağda-solda kimə gəldi ad, diplom paylamaqla məşğuldur. Özü də bunu elə-belə etmir. Satır o adları və diplomları. Hətta adi süpürgəçi belə onlara pul verib media təltifatı ala bilər. "Qızıl qələm", "İlin jurnalisti", "Peşəkar jurnalist", nə desəniz bu saxtakarlara sifariş edə bilərsiniz. İndi burada bəzən hörmət etdiyim adamların da o qəbildən olan "təltifləri" paylaşdığını görəndə, açığı, əsəbləşirəm. Onlar saxtakardır, satır, bəs siz niyə onların bu yalançı adlarını pulla alırsınız? Deməli siz də onlar kimi saxtakar, yalançısınız! Ona görə də, xəbəriniz olsun, ən qısa zamanda o təşkilatla bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəm ki, onu ümumiyyətlə ləğv etsinlər. Bu utanmaz saxtakarların medianın adından belə sui-istifadə etməsinə şəxsən mən dözmək fikrində deyiləm!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar