Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Magistraturanı bitirənlər belə iş tapmaqda çətinlik çəkir...

Tarix: 15-02-2024 10:48     Baxış: 4402 A- / A+

Azərbaycan universitetlərində dərslərin keyfiyyəti qurumdan və proqramdan asılı olaraq dəyişir. Bəzi universitetlər nəzəri biliklərə üstünlük verir, bəziləri isə praktiki bacarıqlara dahа çox diqqət yetirirlər.  Bununla belə, qeyd etmək lazımdır ki, keyfiyyətli təhsil ideal olaraq həm nəzəri biliklərin, həm də praktiki bacarıqların tarazlığını təmin etməlidir.
 

Müşahidələr əsasında görürük ki, bəzi ali məktəblərdə nəzəri biliklərə, praktikadan daha çox yer verir.
 
Manevr.az bildirir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Nadir İsrafilov qeyd edib ki, nəzəri biliklər praktik tətbiqini tapmayacaqsa məna və mahiyyətini itirmiş olacaq:
 
“Təhsilin uğurlu inkişafı bilavasitə savadlı və peşəkar kadrların hazırlanmasından və fəaliyyətindən birbaşa aslıdır. Çünki nəzəri biliklərə yiyələnmək heç də sevdiyin ixtisas üzrə layiqli mütəxəssis olmaq demək deyil. İstənilən mütəxəssisin peşəkarlığı sahibləndiyi nəzəri biliklərin diplom aldıqdan sonrakı fəaliyyətinə tətbiq etməsindən aslıdır. Bu günün gəncliyi istər ixtisas seçimində, istərsə də yiyələndikləri peşələr üzrə iş tapmaqda çətinlik çəkir, müəyyən obyektiv və subyektiv problemlərlə üzləşirlər”.
 
Təhsil mütəxəssisi qeyd edib ki, təhsilin vəzifəsi təhsilalanlara bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamalıdır:
 
“Elə isə, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda niyə çətinliklərlə üzləşməlidir? Hətta magistr təhsili alanlar belə özlərinə karyera qurmaq üçün ali məktəb diplomundan əlavə, təlimlərə, kurslara gedirlər. İşə götürənlər tələbənin praktiki vərdişlərinin olmamasını əsas gətirərək onların qarşısında müəyyən tələblər qoyur. Tələbə də məcburiyyət qarşısında qalaraq əlavə təhsil almalı olur".
 
N.İsrafilov bildirib ki, praktika olmasa nəzəriyyə öz əhəmiyyətini itirir:
 
“Səbəb-nəticə deyilən bir anlayış var. Səbəb-nəticə əlaqələri universal əlaqənin bir növüdür. Nəzəri biliklər səbəbdirsə, praktik vərdişlər onun nəticəsidir. Nəzəriyyə praktika üçün yaranıb və onsuz təsəvvür etmək olmaz. Bu gün nəticəyönümlü, şəxsiyyətə istiqamətlənmiş təhsil prosesinin qurulması və keyfiyyətin təhsilin əsas göstəricisi kimi dərk olunmasından danışırıqsa, ilk növbədə nəzəriyyə və praktikanın vəhdətini təmin etməliyik”.
 
N.İsrafilov qeyd edib ki, 1999-cu ildə Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış və qəbul edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda birmənalı şəkildə qeyd edilmişdi ki, “diplomdan sonrakı təhsilin məzmunu, burada təhsilin mahiyyəti və təşkil olunma meyarları köhnəlmişdir:
 
“Bazar iqtisadiyyatına keçidlə bağlı təhsilin məzmununda, xüsusilə onun humanitar komponentində tələbələrin lazımı biliklərə yiyələnməsində kifayət qədər yeniləşmə təmin edilməyib. Təhsilin məzmununda xüsusi əhəmiyyətə malik olan istehsalat təcrübəsinin təşkili bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmayıb. Buna görə də “humanitar və sosial-iqtisadi fənlərin strukturunu və məzmununu müəyyənləşdirmək, onların tədrisi və tədbiqinin yeni konsepsiyasını hazırlamaq, humanitar və sosial-iqtisadi fənlər üzrə dərsliklərin müsabiqə əsasında hazırlanmasını təşkil etmək”  İslahat Proqramının əsas vəzifələrindən biri kimi önə çəkilmişdi. Hazırladıqmı...? Təşkil etdikmi…? Tətbiq etdikmi…?".


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar