Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər xidmətlərinə görə dövlət rüsumu alacaqlar

Tarix: 03-06-2017 15:42     Baxış: 236 A- / A+
Bu şəxslər xidmətlərinə görə dövlət rüsumu alacaqlar


Azərbaycanda publik hüquqi şəxslər göstərdikləri xidmətlərə görə dövlət rüsumu tuta biləcəklər.

Trend-in məlumatına görə, bununla bağlı "Publik hüquqi şəxslər haqqında" qanuna dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, bəzi publik hüquqi şəxslər göstərdiyi hüquqi xidmətlərə görə dövlət rüsumu ala biləcəklər.

Belə ki, dövlət rüsumu dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən hüquqi xidmətlərə görə ödənilən haqdır. Lakin bir sıra publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət kəsb edən funksiyalarından irəli gələrək "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş xidmətləri göstərirlər. Buna görə də onlar qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tuta biləcəklər.

Dəyişikliklərlə publik hüquqi şəxslərə törəmə publik hüquqi şəxs yaratmaq hüququ da verilir. Eyni zamanda, publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında təsdiq edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar