Xəbər lenti
"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi keçirildi

2026-cı ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Manevr.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə ordu quruculuğu sahəsində aparılan islahatlardan danışan Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov təcrübəli kadr potensialının artırılmasının vacibliyini qeyd edib. Həmçinin kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə gələcək xidmətlərində uğurlar arzulayıb.
Dinləyicilər isə öz növbələrində kurs müddətində onlara göstərilən yüksək diqqət və qayğıya görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bidiriblər.
Sonra "Zabit heyətini təkmilləşdirmə kursu"nu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar, təlim və tədrisdə yüksək nəticələr əldə edən dinləyicilərə isə fəxri fərmanlar təqdim olunub.
Sonda kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.








Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























