Sizin Reklam Burada
Xəbər lenti
11-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda icra nümayəndələri cəzalandırıldı

Tarix: 12-10-2026 10:25     Baxış: 329 A- / A+

Bakıda icra nümayəndələri cəzalandırıldı

Xəzər Rayon İcra Hakimiyyətində rayon ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılması ilə bağlı son vəziyyətin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.
Müşavirədə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd olunan sahələrdə görülən işləri, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən, qəzalı tikililərin vəziyyətini təhlil edib, mövcud nöqsanlar barədə danışaraq aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Yol verilən nöqsanlara və ərazilərə nəzarətin zəif təmin edildiyinə görə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə isə xəbərdarlıq edilib.
Eyni zamanda, rayonun digər qəsəbələrinin nümayəndələrinə də öz fəaliyyətlərində daha tələbkar olmaları, aşkar edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, ərazilərdə abadlıq və təmizlik işlərinin vəziyyətinə nəzarətin gücləndirilməsi, eləcə də gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi istiqamətində konkret tapşırıqlar verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar