Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Tarix: 10-10-2026 19:32     Baxış: 332 A- / A+
Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi Nuranə Asif qızı Məmmədova Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Manevr.az-ın xəbərinə görə 1999-cu il avqustun 22-də Göygöl rayonunda anadan olan Nuranə Məmmədova 2016-cı ildə 687 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunaraq Prezident təqaüdünə layiq görülüb.
O, 2020-ci ildə Bakı Dövlət Universitetinin bakalavriat, 2022-ci ildə isə əqli mülkiyyət hüququ ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. Hər iki pillədə ingilis dilində təhsil alıb.
Əmək fəaliyyəti dövründə müxtəlif hüquq sahələrində çalışıb, Bakı İnzibati Məhkəməsində məhkəmə iclas katibi, həmçinin vəkil kimi fəaliyyət göstərib.
2024-cü ildən Qarabağ Universitetində pedaqoji fəaliyyətə başlayan Nuranə Məmmədova universitetin Humanitar və sosial elmlər fakültəsində müəllim vəzifəsində çalışıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar