Sizin Reklam Burada
Xəbər lenti
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Özünüməşğulluq proqramı ilə verilən inək tələf oldu – VİDEO

Tarix: 10-10-2026 14:48     Baxış: 323 A- / A+
Özünüməşğulluq proqramı ilə verilən inək tələf oldu – VİDEOGöygöl rayon sakininə özünüməşğulluq proqramı çərçivəsində verilən üç inəkdən biri təhvil aldıqdan cəmi bir həftə sonra tələf olub.
Manevr.az xəbər verir ki,  hadisə Kəlbəcər rayonundan olan və Göygöl rayonunun Mollacəlilli kəndində məskunlaşan Təbiət Cəfərovun təsərrüfatında olub.
O, özünüməşğulluq proqramı çərçivəsində mal-qara almaq üçün müraciət edib və iki il gözləyib. Nəhayət, üç inək alan sakinin sevincinin ömrü uzun çəkməyib-heyvanlardan biri təhvil aldıqdan cəmi bir həftə sonra tələf olub.
Hadisədən sonra vətəndaş aidiyyəti qurumların yerli bölmələrinə müraciət edib. Bundan sonra mütəxəssislər tərəfindən heyvana baxış keçirilib, müvafiq müayinə və sənədləşmə işləri aparılıb: "Bakıdan, məşğulluqdan deyirlər ki, bu malın orqan şəklini bizə göndərməmisiniz. Bu səbəbə görə də imtina veriblər. Mən də bunu saxlamaq istəyirəm və nə qədər ot-alaf almışam”.
Dövlət Məşğulluq Agentliyindən isə bildirilib ki, məsələ araşdırılır və vətəndaşın problemi yaxın zamanda həll olunacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar