Sizin Reklam Burada
Xəbər lenti
08-10-2026
BÜTÜN XƏBƏRLƏR

641 yaşlı şirkətin 5 milyonluq şərabı oğurlandı

Tarix: 09-10-2026 10:48     Baxış: 327 A- / A+

641 yaşlı şirkətin 5 milyonluq şərabı  oğurlandıİtaliyada oğrular məşhur şərab istehsalçısının anbarından təxminən 5 milyon avro dəyərində 30 min şüşə bahalı şərab oğurlayıblar.
Manevr.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Hadisə Toskanada yerləşən “Marchesi Antinori” şərab istehsalı şirkətinin anbarında baş verib.
Məlumata görə, bazar gününə keçən gecə maskalı yeddi nəfər Kortona şəhərindəki anbara daxil olub. Onlar əvvəlcə siqnalizasiya sistemini sıradan çıxarıb, daha sonra minlərlə qutu şərabı iki yük avtomobilinə yükləyərək ərazidən uzaqlaşıblar.
Oğurlanan məhsullar arasında “Tignanello”, “Solaia” və “Guado al Tasso” kimi məşhur şərablar da var. Bu şərabların bir şüşəsinin pərakəndə satış qiyməti 150-500 avro arasında dəyişir.
Oğurluq hadisəsi bazar ertəsi səhər saatlarında işçilər anbara gəldikdə aşkarlanıb.
Təhlükəsizlik kameraları hadisəni qeydə alıb. Polis araşdırmalara başlasa da, şübhəli şəxslər hələlik saxlanılmayıb.
Şirkətin baş direktoru Renzo Kotarella şərab həvəskarlarını oğurlanan məhsulların tapılmasına kömək etməyə çağırıb.
Şirkət həmçinin alıcılara xəbərdarlıq edərək şübhəli satıcılardan və həddindən artıq ucuz qiymətə təklif olunan şərablardan uzaq durmağı tövsiyə edib.
Qeyd edək ki, “Marchesi Antinori” şirkəti 1385-ci ildə Florensiyada yaradılıb. Hazırda məhsullarını dünyanın 170 ölkəsinə ixrac edən şirkətin ötənilki gəliri təxminən 263 milyon avro təşkil edib.lent.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar