Sizin Reklam Burada
Xəbər lenti
08-10-2026
07-10-2026
BÜTÜN XƏBƏRLƏR

Taliban rejimindən qaçdı, Azərbaycanda həbs olundu

Tarix: 08-10-2026 14:31     Baxış: 326 A- / A+

Taliban rejimindən qaçdı, Azərbaycanda həbs olunduƏfqanıstan vətəndaşı Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az xəbər verir ki, şərti olaraq Əhməd Rəhimi adlandırılan 2003-cü il təvəllüdlü şəxsin cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Əhməd Rəhimi Əfqanıstanın Qəzni şəhərində qeydiyyatda olub. Məhkəmənin hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə müəyyən edilib ki, təqsirləndirilən şəxs İran İslam Respublikasından Azərbaycan ərazisinə dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, piyada və qanunsuz şəkildə keçib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Əfqanıstanda maddi vəziyyətinin ağır olması və Taliban rejimindən qaçmaq istəyi səbəbindən ölkəsini tərk edib. İranda sənədləri və pulu əlindən alındıqdan sonra Azərbaycana gəlmək qərarına gəldiyini deyib.

O, mobil telefondakı “Google Maps” proqramından istifadə edərək İran-Azərbaycan sərhədinə yaxınlaşıb və nəzarət-buraxılış məntəqəsindən kənar ərazidən keçərək Azərbaycan ərazisinə daxil olub. Bir qədər irəlilədikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı tam etiraf edib və əməlindən peşman olduğunu bildirib. Məhkəmə onun səmimi peşmanlığını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməyib.

Nəticədə Əhməd Rəhimi Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Cəzanın müddəti onun faktiki saxlanıldığı tarixdən hesablanacaq.

Bundan başqa, məhkəmə hökmünə əsasən, əsas cəzanı çəkdikdən sonra Əhməd Rəhimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılacaq.qaynarinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar