Sizin Reklam Burada
Xəbər lenti
07-10-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan XİN rəhbəri: "Tramp marşrutu" regional əməkdaşlıq baxımından faydalıdır

Tarix: 08-10-2026 09:11     Baxış: 426 A- / A+


Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili


"Gürcüstan regioda çox vacib oyunçudur. Coğrafi və siyasi reallıqları nəzərə almaqla, Gürcüstanın həmçinin "Tramp marşrutu" layihəsi kontekstində də əhəmiyyətli rolunu vurğulamamaq mümkün deyil".
Manevr.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanılının "İmedi Live" proqramında deyib.
Nazir Gürcüstanın bölgədə əlaqələndirmə baxımından həlledici rola malik olduğunu qeyd edib.
"Gələcəkdə marşrutların necə inkişaf etməsindən və hansı ölkələrdən keçməsindən asılı olmayaraq, bu, Gücüstan üçün mühüm əhəmiyyətə malikdir və regional əməkdaşlıq baxımından faydalıdır", - deyə XİN başçısı bildirib.
Maka Boçorişvili Gürcüstanın strateji mövqeyə malik olduğunu, xüsusilə də Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxış imkanının bu baxımdan mühüm rol oynadığını qeyd edib.
"Gürcüstanın dənizə çıxışı təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiya ölkələri üçün də əhəmiyyətlidir və bu, ölkənin regional nəqliyyat və kommunikasiya marşrutlarının inkişafındakı rolunu daha da gücləndirir", - deyə nazir əlavə edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar