Sizin Reklam Burada
Xəbər lenti
08-10-2026
07-10-2026
BÜTÜN XƏBƏRLƏR

İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi

Tarix: 08-10-2026 17:49     Baxış: 320 A- / A+

İtkin şəxslərlə bağlı Bakı konfransında yekun bəyannamə qəbul edildi"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannamə qəbul edilib.
Manevr.az xəbər verir ki, sənəd Konfransda keçirilən müzakirələrin nəticələrini və ortaq prioritetlərimizi - etimadın möhkəmləndirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi və itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün səmərəli mexanizmlərin işlənib hazırlanması əks etdirir.
Yekun Bəyannamə layihəsi dövlətləri şəxslərin itkin düşməsinin qarşısını almağa, itkin düşmüş şəxslərin axtarışı və taleyinin aydınlaşdırılması üçün tədbirlər görməyə, ailələri müvafiq məlumatlarla təmin etməyə, həmçinin, beynəlxalq təşkilatları, xüsusilə Birləşmiş Millətlər Təşkilatını silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə xüsusi olaraq məşğul olan mexanizmin yaradılmasına köməklik göstərməyə çağırır.
Qeyd edək ki, tədbirin Proqramı 9 və 10 oktyabr tarixlərində Qarabağa səfərlə davam edəcək.
Konfransın tərkib hissəsi olan bu səfər münaqişənin humanitar fəsadlarını, axtarışların aparıldığı şəraiti, minalar və partlamamış hərbi sursatların yaratdığı çətinlikləri daha dərindən anlamağa imkan verəcək. Proqrama, həmçinin Xocalı Memorial Kompleksinə, Şuşa və Laçına səfərlər, azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə tanışlıq imkanı daxildir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar