Sizin Reklam Burada
Xəbər lenti
09-10-2026
08-10-2026
BÜTÜN XƏBƏRLƏR

Könül Qasımovanın həbs müddəti uzadıldı

Tarix: 09-10-2026 17:24     Baxış: 326 A- / A+
Könül Qasımovanın həbs müddəti uzadıldı“Sevgi evi” Qadın və uşaq sığınacağının sahibi Könül Qasımova barəsində qərar verilib.
Manevr.az xəbər verir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimata Xətai Rayon Məhkəməsində baxılıb.
Qərara əsasən, həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Könül Qasımova iyul ayında həbs olunub. Ona Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü ( təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 
O, 3 il öncə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə ittiham edilərək, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 
Himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq, uşaq 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.lent.az


 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar