Xəbər lenti
Xəzər dənizi ilə bağlı qorxunc xəbərdarlıq: Milyonlarla insan köçəcək

“Xəzər dənizinin sahil bölgələrində genişmiqyaslı iqlim dəyişikliyi 2,5 milyondan çox insanın miqrasiyasına səbəb ola bilər”.
Manevr.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər regionda təxminən 2,5 milyon insan iqlim amillərinə görə daxili miqrasiya riski ilə üzləşə bilər”, - o, Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində çıxış edərkən vurğulayıb.
Tokayev qeyd edib ki, Xəzər dənizinin acınacaqlı vəziyyətini regionun genişmiqyaslı iqlim dəyişikliyindən təcrid olunmuş şəkildə nəzərdən keçirmək olmaz:
“Proqnozlara görə, əsrin sonuna qədər dünyanın bəzi yerlərində temperatur 5 dərəcə arta bilər. Bu, buzların əriməsini, su çatışmazlığını, quraqlığı və torpaqların deqradasiyasını gücləndirəcək”.teleqraf
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























