Xəbər lenti
Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub - Səhiyyə Nazirliyi
Azərbaycanda orta ömür uzunluğu artsa da, qeyri-yoluxucu xəstəliklərin payında da artım müşahidə olunur.Manevr.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktik konfransda bildirib.
Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkil etdiyi tədbirdə çıxış edən şöbə müdiri son illərin tibbi-bioloji mənzərəsində qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini vurğulayıb.
Onun sözlərinə görə, dünyada orta ömür uzunluğu 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77 ili ötüb.
“Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə Ramik Quliyev qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























