Üstoniyalı basketbolçu Kerr Kriyzanın ABŞ-də həyata keçirdiyi irimiqyaslı internet dələduzluğunun təfərrüatları üzə çıxıb. Xəbər lenti
Anasını "xəstə" çıxardı, orqanlarını satışa qoydu – 2 milyon dollarlıq böyük dələduzluq
Üstoniyalı basketbolçu Kerr Kriyzanın ABŞ-də həyata keçirdiyi irimiqyaslı internet dələduzluğunun təfərrüatları üzə çıxıb.İdmançı anasının ağır xəstə olduğunu bəhanə edərək tanışlarından 2 milyon dollardan çox pul almaqda ittiham olunur.
Kerr Kriiza ABŞ prokurorluğu ilə razılaşma əldə edərək ona qarşı irəli sürülən ittihamlar üzrə günahını qismən etiraf edib.
Razılaşmaya əsasən, basketbolçu həbs cəzasının maksimum iki illə məhdudlaşdırılmasına nail olmağa çalışır.
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) bu ilin yayında üzə çıxardığı məlumata görə, Kriiza Arizona Universitetinin basketbol komandasında çıxış etdiyi dövrdə illərlə tanışlarını aldadaraq onlardan külli miqdarda pul alıb.
İstintaq materiallarına əsasən, idmançı insanlarda mərhəmət hissi yaratmaq üçün müxtəlif yalan hekayələr uydurub. O, bəzən özünü “İren” adı ilə təqdim edib, anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib və təcili müalicə üçün pula ehtiyacı olduğunu iddia edib.
Dələduzluq sxeminin ən diqqətçəkən məqamlarından biri isə basketbolçunun borclarını qaytarmaq üçün hətta öz orqanlarını satacağı ilə hədələməsi olub.
Məlumata görə, bu üsullarla əldə edilən vəsaitin ümumi məbləği 2 milyon dolları ötüb.
Hazırda basketbolçunun prokurorluqla əldə etdiyi razılaşmanın məhkəmə tərəfindən necə qiymətləndiriləcəyi və ona hansı cəzanın veriləcəyi gözlənilir. konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























