Sizin Reklam Burada
Xəbər lenti
12-10-2026
11-10-2026
BÜTÜN XƏBƏRLƏR

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO

Tarix: 12-10-2026 17:54     Baxış: 324 A- / A+

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana səfərə gəlib.
Manevr.az xəbər verir ki, İskəndər Momeni və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb. O, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi və ikitərəfli əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın Daxili İşlər Nazirliyinin maraqlı olduğunu bildirib.
Daha sonra nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
İskəndər Momeni transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini qeyd edib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu iştirak edib.

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşübVilayət Eyvazov iranlı həmkarı ilə görüşübVilayət Eyvazov iranlı həmkarı ilə görüşübVilayət Eyvazov iranlı həmkarı ilə görüşübVilayət Eyvazov iranlı həmkarı ilə görüşüb


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar