Sizin Reklam Burada
Xəbər lenti
12-10-2026
11-10-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan: Azərbaycanla münaqişə həll olunub, Rusiya ilə əvvəlki kimi ola bilmərik

Tarix: 12-10-2026 16:32     Baxış: 325 A- / A+
Paşinyan: Azərbaycanla münaqişə həll olunub, Rusiya ilə əvvəlki kimi ola bilmərik

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan-Avropa İttifaqı münasibətləri ilə bağlı Rusiyanın istədiyi referendumun keçirilməsinin real olmadığını bildirib.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, “Radio France Internationale”ə müsahibəsində danışıb.
“Əgər məndən soruşsanız ki, Ermənistan bu gün Avropa İttifaqına üzv olmağa hazırdırmı, səmimi şəkildə deyərəm ki, xeyr. Çünki bu meyarlara uyğunlaşmaq üçün hələ çoxsaylı islahatlar keçirməliyik. Yəni müraciətin özü artıq prosesin müəyyən yetkinlik səviyyəsinə çatmasını nəzərdə tutur. Sadəcə müraciət xatirinə müraciət etmək o qədər də məntiqli deyil. İslahatları mümkün qədər səmərəli həyata keçirmək üçün Aİ ilə çox fəal əməkdaşlıq edirik”, - Paşinyan deyib.
O həm də vurğulayıb ki, Rusiya ilə münasibətlərin kəsilməsi və ya pisləşməsi heç vaxt Ermənistanın məqsədləri sırasında olmayıb, hazırda da deyil və gələcəkdə də olmayacaq:
“Əksinə, biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik. Sadəcə bir məqamı qeyd etməliyik: hər şeydən, o cümlədən siyasi rəhbərlikdən asılı olmayaraq, Rusiya ilə münasibətlərimiz əvvəlki kimi ola bilməz. Dəyişən odur ki, əvvəllər Azərbaycanla münaqişə var idi, indi isə sülh mövcuddur”.
Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Dmitri Medvedevin “Ermənistan ikinci Ukraynaya çevrilə bilər” fikrinə gəlincə, o iddia edib ki, belə bir şey olmayacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar