Sizin Reklam Burada
Xəbər lenti
12-10-2026
11-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan - Kamboca biznes forumu keçirildi

Tarix: 12-10-2026 19:29     Baxış: 334 A- / A+
Azərbaycan - Kamboca biznes forumu keçirildi

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan–Kamboca biznes forumu keçirilib. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, turizm, səhiyyə, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Manevr.az xəbər verir ki, forumda çıxış edən Kamboca Krallığının Baş naziri Samdeç Moha Borvor Thipadei Hun Manet iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı investisiya imkanlarının artırılması məsələlərinə toxunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Kamboca arasında iqtisadi əlaqələrin inkişafı, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarından danışıb. Sənaye, kənd təsərrüfatı, enerji, turizm, maliyyə və informasiya texnologiyaları sahələrində təmsil olunan işgüzar dairələrin iştirakı ilə keçirilən forumun yeni tərəfdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Biznes nümayəndələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyi qeyd edilib.
Kambocanın ticarət naziri Çam Nimul ölkəsinin biznes və investisiya imkanları, ticarət əlaqələrinin inkişaf perspektivləri, eləcə də Azərbaycan şirkətləri ilə işbirliyinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Kamboca Ticarət Palatasının prezidenti, ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Oknha Kith Meng biznes forumun iki ölkənin iş adamları arasında yeni tərəfdaşlıqların qurulmasına, qarşılıqlı investisiyaların təşviqinə və iqtisadi sahədə birgə fəaliyyətin inkişafına töhfə verəcəyini bildirib.
Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə edilib.
Tədbirdə Azərbaycan və Kambocanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib, iş adamları arasında qarşılıqlı maraq doğuran tərəfdaşlıq istiqamətlərinin, yeni biznes əlaqələrinin qurulmasının və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirə edildiyi B2B görüşlər təşkil olunub.
Medial
Medial
Medial
Medial
Medial
Medial


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar