Xəbər lenti
Türkiyə müharibəyə qoşulur? - İran xəbərdarlıq etdi
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, İran Məkkə Müdafiə İttifaqının işə düşməsindən narahatdır:
“Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına əməli dəstək verməsi qərarı İrandakı qüvvələrin sərt açıqlamalarına səbəb olub. Bu haqda ilk açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi olub. O, Məkkə Sazişinin iştirakçısı olan ölkələri Tehrana qarşı mümkün addımlardan çəkinməyə çağırıb. Halbuki Məkkə Sazişinə imza atan dövlətlərin İranla problemləri yoxdur. Buna baxmayaraq, İbrahim Əzizi Məkkə Müdafiə İttifaqı barədə “heç bir səhv cavabsız qalmayacaq” ifadəsini işlədib. Əslində İbrahim Əzizinin narahatlığı İranla bağlı deyil, o, sazişdə yer alan dövlətlərin Tehranın dəstək verdiyi husilərə qarşı hücum planlarının həyata keçirməsindən narahatdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı Baş naziri Məhəmməd bin Salman və Pakistan Baş naziri Şahbaz Şərifin imzaladığı saziş müdafiə xarakterlidir. Sazişə görə, üç dövlətdən hər hansı birinə qarşı hücum bütün tərəflərə hücum kimi qəbul olunur. Hazırda husilər Səudiyyə Ərəbistanına hava hücumları həyata keçirirlər. Məkkə Sazişinə görə, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını müdafiə etməlidir”.
Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını dəstəkləmək üçün tədbirlər görməyə başladıqlarını bildirib:
“Pakistan və Türkiyə hərbi qüvvələrinin Səudiyyə Ərəbistanına hərbi, texniki və kəşfiyyat dəstəyi, o cümlədən krallıq daxilində müdafiə imkanları verməsi gözlənilir. Buna baxmayaraq, Türkiyə və Pakistan rəsmiləri Yəməndə hücum əməliyyatlarında iştirak etməyəcəklərini bildiriblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi minlərlə Pakistan hərbçisinin Səudiyyə Ərəbistanına yerləşdirilə biləcəyi ilə bağlı xəbərlərlə əlaqədar bunu deyib: “Biz də bu şayiəni eşitmişik və ümid edirik, bu, doğru deyil”. O, əlavə edib ki, region ölkələri Yəmən məsələsinə istənilən müdaxilənin region üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyini yaxşı bilirlər və Məkkə müqaviləsi kimi paktların müsəlmanların maraqlarına və rifahına qarşı istifadə olunmayacağına ümid edir.
Abbas Əraqçi isə birbaşa həmin sazişə istinad etmədən qonşu ölkələri “özünəgüvən prinsipi”nə və “səmimi qardaşlıq” əsasında qurulmuş siyasətə riayət etməyə çağırıb. Həmçinin bildirib ki, belə sazişlər İranı məhdudlaşdırmayacaq.
İranda Məkkə Sazişi barədə daha sərt ifadələr işlədənlər də az deyil. İranlı deputatlardan biri sosial şəbəkədə bunları yazıb: “Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla kağız üzərində imzalanan saziş onlara təhlükəsizlik gətirməyəcək; necə ki, illərlə amerikalılardan birtərəfli qaydada faydalanmaq da onlara təhlükəsizlik gətirməmişdi. Siyasətinizi düzəldin ki, başqalarından təhlükəsizlik üçün yalvarmaq məcburiyyətində qalmayasınız”.
İran rəsmiləri və deputatları belə bir fikir də işlədirlər ki, Pakistan Səudiyyə Ərəbistanı ilə birgə husilərə qarşı hərbi əməliyyatlarda iştirak edərsə, Tehran İslamabadın vasitəçiliyindən imtina edəcək”.
Politoloq əlavə edib ki, burada Pakistanın Tehranla Vaşinqton arasındakı vasitəçiliyi nəzərdə tutulur:
“Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var. Məsələn, İrandakı mühafizəkarlar qonşu ölkəni xəbərdar ediblər ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə getdikcə daha çox açıq şəkildə yaxınlaşması bu ölkədə məzhəb gərginliyini artıra və İran-Pakistan sərhədinə qeyri-sabitlik gətirə bilər. Göründüyü kimi, Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəklə yanaşı, İranla normal münasibətləri qoruması çətin olacaq”.teleqraf
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























