Sizin Reklam Burada
Xəbər lenti
29-07-2026
28-07-2026
27-07-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış cərraha 9 il həbs - Narkotik dövriyyəsində ittiham olunur

Tarix: 29-07-2026 19:10     Baxış: 426 A- / A+
Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan "Kəpəz Hospital"ın cərrahı Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir, təqsirləndirilən həkimə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib.
İş materiallarından məlum olub ki, o, daha əvvəl də narkotik cinayəti ilə bağlı məhkum edilibmiş. Hətta həmin məhkumluğu tam ödənilməyib. Elşən Əliyev bu dəfə isə polis əməkdaşları tərəfindən "Opera Hotel"də tutulub. Otağa baxış zamanı müxtəlif növ narkotik vasitələr aşkar edilib.
Cərrah məhkəmədə özünü təqsirli bilməyib. Elşən ifadəsində əvvəllər narkotik istifadə etdiyini etiraf edib, lakin həbsdən çıxdıqdan sonra vərdişindən aralandığını deyib. O, tutulan gün hoteldə olma səbəbini isə Səhiyyə Nazirliyinin təşkil etdiyi imtahanla əlaqələndirib. Dediyinə görə, üç-dörd gün ərzində hoteldə hazırlaşmalı imiş.
Yekunda toplanmış sübutlar və şahid ifadələri ilə Elşən mütəşəkkil dəstə halında narkotik satışı ilə məşğul olmaqda təqsirli bilinib. Hökmə əsasən, cərraha 9 il həbs cəzası verilib.
Qeyd edək ki, ürək-damar cərrahı olan Elşən Əliyev "Kəpəz Hospital"dan əvvəl "Lazur Hospital", "Real Hospital", eləcə də "Alo Doktor" kimi bir sıra özəl klinikalarda çalışıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar