Sizin Reklam Burada
Xəbər lenti
28-07-2026
27-07-2026
BÜTÜN XƏBƏRLƏR

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma

Tarix: 29-07-2026 09:10     Baxış: 327 A- / A+



"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişaf etməyə davam etdiyini göstərib.
Manevr.az xəbər verir ki, nevrologiya üzrə türkiyəli mütəxəssis Dr. Oğuzhan Onultan bildirib ki, fiziki inkişafın başa çatması beyin inkişafının da tamamlanması demək deyil. Onun sözlərinə görə, xüsusilə planlaşdırma, məntiqi qərarvermə, diqqət, emosiyaların tənzimlənməsi və sosial davranışlara cavabdeh olan prefrontal korteks daha gec yetkinləşir.
Mütəxəssis qeyd edib ki, kişilərdə boy artımı və cinsi inkişaf adətən 18-20 yaşlarında başa çatsa da, beynin yüksək idrak funksiyalarına cavabdeh hissələrinin inkişafı daha uzun müddət davam edir. Bu səbəbdən bəzi gənc kişilərdə riskli davranışlara və impulsiv qərarlara meyl daha çox müşahidə oluna bilər.
Bununla yanaşı, araşdırmada vurğulanır ki, 32 yaş qəti hədd deyil. Beyin inkişafı fərddən-fərdə dəyişir və genetik xüsusiyyətlər, təhsil, həyat təcrübəsi və ətraf mühit kimi amillər bu prosesə əhəmiyyətli təsir göstərir.
Dr. Onultan əlavə edib ki, beynin inkişafı 32 yaşdan sonra da tam dayanmır. Neyroplastiklik sayəsində beyin öyrənmə, yeni təcrübələr, fiziki aktivlik və zehni məşqlər vasitəsilə həyat boyu yeni sinir əlaqələri yaratmağa davam edir.
Bu nəticələr kişilərin davranış xüsusiyyətlərini daha yaxşı anlamağa kömək etsə də, fərdlərin psixoloji və ya sosial yetkinliyini yalnız yaşa əsasən qiymətləndirmək düzgün deyil.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar