Sizin Reklam Burada
Xəbər lenti
28-07-2026
27-07-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi üzrə razılıq əldə edilib, Tramp dəstəkləyib

Tarix: 28-07-2026 19:11     Baxış: 329 A- / A+


ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi üzrə razılıq əldə edilib, Tramp dəstəkləyib
ABŞ Senatında Respublikaçılar və Demokratlar Partiyasını təmsil edən bir qrup senator Rusiyaya qarşı yeni sanksiyalar layihəsi üzrə razılıq əldə edib.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Layihə ABŞ Prezidentinə Rusiya neftinin və təbii qazının ən böyük alıcıları sırasında olan, eləcə də sanksiyalardan yayınmağa kömək edən ölkələrdən idxala 100%-dək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Rüsumların Rusiyanın enerji resurslarını ən çox alan beş ölkəyə və sanksiyalardan yayınmada əsas rol oynayan beş dövlətə şamil edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, Prezident Rusiyadan ABŞ-a gətirilən mallara 500%-dək tarif tətbiq etmək imkanı da əldə edəcək.
Bloomberg“ qeyd edir ki, bu həftə qanun layihəsinə dəyişiklik edilərək yeni tarif səlahiyyətlərinin qüvvədə olma müddəti beş illə məhdudlaşdırılıb. Layihə, həmçinin 1996-cı il İran Sanksiyaları Qanununun müddətinin 2031-ci ilədək uzadılmasını və İranla biznes əlaqələri saxlayan qeyri-ABŞ şirkətlərinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur.
Sanksiyalar paketinin Senatda bu həftə qəbul oluna biləcəyi bildirilir. Nümayəndələr Palatası avqust tətilinə çıxdığı üçün layihəyə ən tez sentyabrda baxa biləcək.
Qanun layihəsinin müəlliflərindən biri mərhum senator Lindsi Qrem olub. Layihəyə onun adı verilib və sənəd “Lindsey O. Graham Sanctioning Russia Act of 2026” adlandırılıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp əvvəlcə təşəbbüsü tənqid etsə də, sonradan layihəni dəstəkləyib. Daha əvvəl təqdim edilən versiyada Rusiyanın enerji məhsullarını alan ölkələrdən idxala 500%-lik tarif təklif olunurdu, son variantda isə bu göstərici 100%-dək azaldılıb və tədbirin əhatə dairəsi konkret ölkələrlə məhdudlaşdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar