Xəbər lenti
Dənizdə batan 4 qadından 3-ü xilas edildi, 1-i öldü

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində dənizdə 4 nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.
Hadisə ilə bağlı dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Keçirilən əməliyyat nəticəsində 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı sudan çıxarılaraq xilas edilib.
Axtarışlar zamanı 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyə, xüsusilə nəzarətsiz və qeyri-çimərlik ərazilərdə çimməməyə, həmçinin küləkli hava şəraitində dənizə girməməyə çağırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































