Manevr.az xəbər verir ki, şəhid anası qızının sağlamlığı üçün donor olaraq böyrəyini ona bağışlayıb.
Bu barədə həkim Eldar Əhmədov sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, həyata keçirilən transplantasiya əməliyyatı uğurla başa çatıb.
Həkimin sözlərinə görə, hazırda həm donor olan ana, həm də böyrək köçürülən qızın müalicəsi davam edir və onların vəziyyəti qənaətbəxşdir.
Şəhid anasının övladı üçün göstərdiyi bu fədakarlıq sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. İstifadəçilər ana sevgisinin və fədakarlığının ən təsirli nümunələrindən biri kimi bu hadisə ilə bağlı çoxsaylı paylaşım edərək ailəyə dəstək və xoş arzularını çatdırıblar.
Xəbər lenti
Şəhid anası qızına böyrəyini donor kimi bağışladı

44 günlük Vətən müharibəsində oğlunu itirən ana növbəti fədakarlığı ilə hər kəsi duyğulandırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































