Sizin Reklam Burada
Xəbər lenti
22-07-2026
21-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı model məhkəməni uddu

Tarix: 22-07-2026 21:19     Baxış: 423 A- / A+

Tanınmış azərbaycanlı model Səmra Hüseynovanın ötən il İstanbulda mağazaların birində yaşadığı insidentlə bağlı uzun müddətdir davam edən məhkəmə prosesi yekunlaşıb.
Manevr.az bildirir ki, model bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, haqqında yayılan iddiaların həqiqəti əks etdirmədiyini və Türkiyə məhkəməsinin ona bəraət verdiyini açıqlayıb.
Səmra Hüseynova bildirib ki, hadisədən sonra onun barəsində müxtəlif şayiələr yayılıb, hətta fahişəlik, narkotik istifadəsi, deportasiya və döyülməsi ilə bağlı əsassız iddialar səsləndirilib:
"İstanbulda mağazadan paltaryuyan maşın almışdım. Məhsul nasaz çıxdığı üçün geri qaytardım. Mənə yenisini göndərəcəklərini dedilər. Razılaşdım. Lakin sonradan nə məhsulu göndərdilər, nə də pulumu qaytardılar. Pulunu tələb etdikdən sonra mağaza əməkdaşlarından biri mənə çox ağır ifadələrlə "Get öz ölkənə" dedi və Azərbaycan qızları haqqında təhqiramiz sözlər işlətdi. Mən bunu qəbul edə bilmədim və həmin şəxslə üz-üzə danışmaq üçün mağazaya getdim. Bundan sonra hadisələr canlı yayım zamanı baş verdi. Məhz həmin canlı yayım bu gün mənim günahsız olduğumu sübut edən əsas dəlillərdən biri oldu".
S.Hüseynova qeyd edib ki, hadisədən sonra onu tanımayan minlərlə insan tərəfindən haqsız ittihamlara məruz qalıb:
"Məni alçaltmağa çalışdılar. Yazırdılar ki, guya Türkiyədə döyülmüşəm, deportasiya olunmuşam, Allah bilir hansı səbəbdən saxlanılmışam. Halbuki bunların heç biri doğru deyildi. Bu gün Türkiyə məhkəməsi gec də olsa mənə bəraət verdi. Ədalətin gec də olsa öz yerini tapması mənim üçün çox önəmlidir. Bu qərar mənə qarşı səsləndirilən bütün əsassız ittihamlara ən böyük cavab oldu".
Səmra Hüseynova proses boyunca ona hüquqi dəstək göstərən İrəm adlı vəkilinə, adını açıqlamaq istəmədiyi azərbaycanlı dostuna, ona inanan izləyicilərinə, eləcə də ədalətli qərar verdiyinə görə Türkiyə məhkəməsinə təşəkkür edib.(musavat)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar