Xəbər lenti
Hava PROQNOZU - 38 dərəcə isti olacaq
İyulun 22-də ölkə ərazisində əsasən isti və quru hava şəraiti müşahidə olunacaq.Manevr.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəzlənəcək.
Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 60-70 faiz, gündüz 45-50 faiz arasında dəyişəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı dağlıq yerlərdə arabir duman müşahidə edilə bilər.
Rayonlarda temperatur gecə 22-26, gündüz 33-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































