Xəbər lenti
“Arzum”un qızı danışdı: Anamsız çətindir
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın anası və övladları video yayıb.Manevr.az xəbər verir ki, İ.Hacıyevanın anası videoda qızı üçün yardım istəyərək onun günahsız olduğunu iddia edib.
Tiktokerin böyük qızı Naibə isə anasının yoxluğunun onlar üçün ağır olduğunu vurğulayıb.
“Bizə anasız çox çətindir. Qardaşım autizmlidir” deyə, o bildirib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. İlduzə Hacıyeva 5 il 2 ay azadlıqdan məhrum edilib.axşam.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































