Sizin Reklam Burada
Xəbər lenti
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ölkə tamamən boşaldılır - SƏBƏB

Tarix: 18-07-2026 16:31     Baxış: 317 A- / A+
Bu ölkə tamamən boşaldılır - SƏBƏB
Qlobal iqlim dəyişikliyi və dəniz səviyyəsinin sürətlə yüksəlməsi Sakit okeanda yerləşən kiçik ada dövləti Tuvalunu tamamilə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qoyub.
Manevr.az xəbər verir ki, artıq ölkədə vətəndaşların təxliyəsi prosesinə rəsmən start verilib və bu çərçivədə yerli əhalinin təxminən 82 faizi rəsmi şəkildə Avstraliyaya köçmək üçün müraciət edib. Bu kütləvi köç iki ölkə arasında imzalanmış tarixi iqlim və təhlükəsizlik sazişi çərçivəsində reallaşdırılır.
“Falepili Birliyi” adı verilən bu tarixi müqavilə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində gələcəkdə tamamilə sular altında qalacağı gözlənilən Tuvalu vətəndaşlarına Avstraliyada yaşamaq, işləmək və təhsil almaq hüququ verir.
 
Eyni zamanda, sazişə əsasən Avstraliya hökuməti hər hansı təbii fəlakət, hərbi təcavüz və ya pandemiya zamanı Tuvaluya təhlükəsizlik zəmanəti vermək və yardım göstərmək öhdəliyini üzərinə götürüb. Bu addım bəşəriyyət tarixində iqlim dəyişikliyi səbəbindən bütöv bir dövlətin əhalisinin başqa ölkəyə rəsmi şəkildə köçürülməsini nəzərdə tutan ilk presedent kimi qiymətləndirilir.
Cəmi 26 kvadratkilometr sahəyə malik olan Tuvalu üçün iqlim böhranı artıq uzaq gələcəyin deyil, bu günün reallığına çevrilib. Alimlərin və iqlimşünasların proqnozlarına görə, yaxın onilliklərdə ölkənin tamamilə yaşayış üçün yararsız hala düşəcəyi qaçılmazdır.
Ölkə rəhbərliyi vətəndaşlarının fiziki mövcudluğunu qorumaq üçün bu çətin, lakin zəruri addımı atmaq məcburiyyətində qalıb. İmzalanan razılaşma həm də o baxımdan unikal xarakter daşıyır ki, köç prosesindən sonra da Tuvalu beynəlxalq hüquqa görə öz dövlət suverenliyini və dəniz sərhədləri üzərindəki hüquqlarını qoruyub saxlayacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar