Xəbər lenti
"Son günlər yas mərasimlərində zəhərlənən 48 nəfərin ortaq qidası lavaş olub"

Son günlər yas mərasimlərində zəhərlənmə nəticəsində 48 nəfər zərər çəkib.
Manevr.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova altı ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, ardıcıl və oxşar əlamətlərlə baş verən bütün zəhərlənmələrdə ortaq məhsulun lavaş olduğu müəyyən edilib.
"Laborator nəticələr əldə edildikdən sonra dəqiq diaqnoz ictimaiyyətin diqqətinə çatdırılacaq. Araşdırmalar göstərib ki, sözügedən lavaş məhsulu Gəncə şəhərində qida təhlükəsizliyi qeydiyyatından keçməmiş, nəzarətdən kənar və ev şəraitində qanunsuz şəkildə istehsal olunaraq müxtəlif satış məntəqələrinə paylanılıb.
Hazırda məhsulun satış nöqtələri və paylanma zənciri müəyyən edilib, məhsulun bazardan geri çağırılması istiqamətində tədbirlər həyata keçirilir", - o vurğulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































