Xəbər lenti
"Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur - Rəşad Nəbiyev

Müasir dövrdə dəqiq və etibarlı statistika artıq yalnız hesabatlıq vasitəsi deyil, bu, eyni zamanda, dövlət siyasətinin formalaşdırılması, iqtisadi proseslərin düzgün qiymətləndirilməsi və səmərəli qərar qəbul etmənin əsasını təşkil edir.
Manevr.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
O bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində sistemlərimizdə böyük həcmdə inzibati məlumat bazası formalaşıb. Siyahıyaalınma prosesində bu potensialdan maksimum yararlanmaq üçün iki əsas texniki yenilik təklif edilir. Bu, FİN vasitəsilə məlumatların avtomatik doldurulması, vətəndaşların fərdi identifikasiya nömrəsi daxil edildikdən sonra dövlət informasiya sistemlərində artıq mövcud olan məlumatlar avtomatik olaraq anketə inteqrasiya olunacaq.
Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, anket suallarının əhəmiyyətli hissəsi və məlumatlar artıq dövlət reyestrlərində mövcuddur. Bu, insan amilindən qaynaqlanan səhvləri aradan qaldıracaq və məlumatların dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq. "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur. Vətəndaşlara "mygov" portalında reyestr məlumatları əsasında əvvəlcədən doldurulmuş anketlər təqdim edilə bilər. Vətəndaş yalnız çatışmayan və dəyişmiş məlumatları əlavə edə bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































