Sizin Reklam Burada
Xəbər lenti
14-07-2026
13-07-2026
BÜTÜN XƏBƏRLƏR

DÇ finalının qazonu satışa çıxarıldı

Tarix: 15-07-2026 09:27     Baxış: 318 A- / A+



İyulun 19-da futbol üzrə dünya çempionatının finalına ev sahibliyi edəcək ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunun qazonundan hazırlanan eksklüziv xatirəliklər FİFA tərəfindən satışa çıxarılıb.
Manevr.az xəbər verir ki, final qarşılaşmasının oynanılacağı meydançadan götürülən qazon hissələri şəffaf epoksi qətranından hazırlanmış xüsusi kubun içinə yerləşdirilib.
Suvenirin üzərində turnirin rəsmi loqosu, "MetLife" stadionunun adı və final matçının tarixi qeyd olunub. Oyun başa çatdıqdan sonra qarşılaşmanın yekun hesabı da məhsulun dizaynına əlavə ediləcək. Dəstə, həmçinin suvenirin orijinallığını təsdiqləyən sertifikatın yerləşdirildiyi USB yaddaş qurğusu daxildir.
Xatirəliyin qiyməti 450 ABŞ dolları (təxminən 765 manat) təşkil edir.
FİFA məhsulun təsvirində bildirib ki, hər bir nümunə final matçının keçirildiyi meydançanın orijinal qazon hissəsini ehtiva etdiyindən dünya futbolunun ən möhtəşəm hadisələrindən birinə həsr olunmuş unikal kolleksiya əşyası hesab edilir.
Suvenir hazırda yalnız ABŞ, Böyük Britaniya və Avropa ölkələrində yaşayan alıcılar üçün sifarişə açıqdır. (Axşam.az)


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar