Xəbər lenti
Kərim Vəliyev Belarusdadır
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.
Görüşdə Azərbaycanla Belarus arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edərək abidə önünə əklil qoyub.
Daha sonra qonaqlar Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) bölməsini ziyarət edib, akademiyanın tədris-maddi bazası və laboratoriyaları ilə tanış olublar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































