Qətərdəki ABŞ-ın Əl-Udeyd bazasının təyyarə təmiri mərkəzi və komanda-idarəetmə məntəqəsi məhv edilib.
Manevr.az-ın məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran Silahlı Qüvvələrinin sahil bazalarına qarşı hücumlarının davam etməsinə cavab olaraq yeni əməliyyat keçirdiyini açıqlayıb.
Bəyanatda bildirilib ki, Hörmüz boğazında qaydaları pozan ikinci gəmi vurularaq dayandırılıb. Bununla yanaşı, cavab əməliyyatının ikinci mərhələsində ABŞ-ın Qətərdə yerləşən strateji Əl-Udeyd hərbi hava bazası ballistik raketlərlə hədəfə alınıb.
SEPAH qeyd edib ki, bazanın qırıcı təyyarələrin təmiri və texniki xidmət mərkəzi, eləcə də komanda-idarəetmə məntəqəsi məhv edilib.
Bəyanatda vurğulanıb ki, ABŞ və İsrail təcavüzkar hərəkətlərinin davam etməsinin daha sərt cavablarla nəticələnəcəyini bilməlidir.
SEPAH həmçinin İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasına zərbə endirildiyini açıqlayıb.
Bəyanata əsasən, həmin bazanın komanda-idarəetmə mərkəzi və MQ-9 pilotsuz uçuş aparatlarının yerləşdiyi anqarlar bir neçə ballistik raketlə vurularaq məhv edilib.
Xəbər lenti
SEPAH: Hörmüz boğazında qayda pozan ikinci gəmi vurulub

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































