Manevr.az milli.az-a istinadən xəbər verir ki, psixoloq Aleksandra Qrajdanın sözlərinə görə,bu davranış çox vaxt uşağın idarə edə bilmədiyi emosional gərginliyin nəticəsidir.
Mütəxəssis bildirir ki, azyaşlılar hisslərini ifadə etməkdə çətinlik çəkdikləri üçün bəzən aqressiv davranış nümayiş etdirirlər. Bunun əsas səbəblərindən biri isə emosiyaları və impulsları idarə edən beyin nahiyəsinin hələ tam inkişaf etməməsidir.
Psixoloq qeyd edir ki, uşaqlar ən çox güvəndikləri insana - adətən anaya qarşı bu cür reaksiya verirlər. Onun fikrincə, belə hallarda valideyn qışqırmaq və ya uşağı tamamilə görməzdən gəlmək əvəzinə, sakit və qətiyyətli davranaraq ona emosiyalarını düzgün idarə etməyi öyrətməlidir.





































