Sizin Reklam Burada
Xəbər lenti
10-07-2026
09-07-2026
BÜTÜN XƏBƏRLƏR

Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi”

Tarix: 10-07-2026 23:20     Baxış: 324 A- / A+
saatlarla-novbe-gozledik-hekim-40-manat-teleb-etdi

Yevlax Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlardan qanunsuz ödəniş tələb olunduğu haqda iddialar yayılıb.

Bu barədə vətəndaş Xəyyam Salmanzadə sosial şəbəkədə paylaşım edib.

O iddia edir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasının göndərişi ilə gözündə yaranmış problem səbəbindən Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılan yaşlı qadından həkim qəbulu zamanı 40 manat ödəniş tələb edilib:

“Xanım həyat yoldaşını itirib, ruhi xəstə oğlu ilə birlikdə ağır sosial şəraitdə yaşayır.

Saatlarla növbə gözlədik. Qəbul zamanı həkim bizdən 40 manat tələb etdi. Üstümüzdə həmin məbləğ olmadığından, gün ərzində gətirib ödəyəcəyimizi bildirdik”.

O bildirib ki, həmin vaxt digər pasiyentlərin həkim qəbuluna 25 manat ödədiklərinin də şahidi olub:

“Diqqətimizi çəkən başqa bir məqam isə bizdən əvvəl qəbul olunan bir çox xəstənin 25 manat ödəməsi idi. Xəstələr əllərində pulla həkimin otağına daxil olurdular. Bunun nədən qaynaqlandığı və ödənişlərin hansı hüquqi əsasla alındığı barədə isə vətəndaşlara aydın məlumat verilmirdi”.

Bundan əlavə jurnalist, göz xəstəliklərinin müalicəsində istifadə olunan “Avastin” preparatının vurulması üçün ayrıca ödəniş istənildiyini qeyd edib:

“Əgər “Avastin” preparatı dövlət tərəfindən təmin olunursa, onun vurulmasına görə niyə əlavə ödəniş tələb edilir? Niyə bəzi xəstələrdən 25 manat, bizdən isə 40 manat istənildi? Bu ödənişlər rəsmidirmi?”

İddialarla bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək. qafqazinfo

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar