Xəbər lenti
Prezidentlərin yeməyini hazırlayan aşpaz: "Qabların hamısı boş idi..."
Michelin siyahısında yer alan Sinem Özler bildirib ki, menyu hazırlanarkən əsas məqsəd Anadolu mətbəxinin zənginliyini və Türkiyənin qastronomiya irsini əks etdirmək olub. Onun sözlərinə görə, hazırlıq prosesi aylarla davam edib və hər aşbaz öz sahəsinə uyğun yeməklər üzərində çalışıb.
Özler qeyd edib ki, rəsmi ziyafətdə içli küftə, balqabaq çiçəyi dolması və digər ənənəvi Anadolu təamları müasir təqdimatla qonaqlara təqdim edilib. O bildirib ki, istifadə olunan məhsullar Türkiyənin müxtəlif bölgələrindən seçilərək ölkənin kulinariya zənginliyini nümayiş etdirmək məqsədi daşıyıb.
Sinem Özlerin sözlərinə görə, ziyafətdən sonra bütün boşqabların tamamilə boş qayıtması aşbazlar üçün ən böyük mükafat olub.
"Bu, bizim üçün çox qürurverici idi. Türk mətbəxini belə mühüm beynəlxalq tədbirdə tanıtmaq böyük məsuliyyət idi və qonaqların yeməkləri bəyənməsi bizi çox sevindirdi", – deyə, o bildirib.
Özler vurğulayıb ki, belə beynəlxalq tədbirlər təkcə diplomatik deyil, həm də qastronomik baxımdan ölkələrin mədəniyyətini dünyaya tanıtmaq üçün mühüm platformadır. Onun fikrincə, NATO Sammitində təqdim olunan menyu Türkiyə mətbəxinin zənginliyini və müxtəlifliyini nümayiş etdirmək baxımından uğurlu nümunə olub. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

























.png)






