Sizin Reklam Burada
Xəbər lenti
08-07-2026
07-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər işləmədikləri halda maaş alacaqlar

Tarix: 09-07-2026 10:02     Baxış: 322 A- / A+
Bu şəxslər işləmədikləri halda maaş alacaqlarYay mövsümündə havanın həddindən artıq isti keçməsi açıq havada çalışan şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu səbəbdən yüksək temperatur şəraitində əmək fəaliyyətinin təşkili ilə bağlı xüsusi qaydalar və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Həm işçilərin sağlamlığının qorunması, həm də istehsalatda təhlükəsizliyin təmin edilməsi məqsədilə müəyyən temperatur hədlərində iş rejimi dəyişdirilir və zəruri hallarda işlər müvəqqəti dayandırılır.
İstilərdə açıq havada işləyənlər üçün hansı məhdudlaşdırıcı tədbirlər görülür? Havanın temperaturu neçə dərəcəni keçdikdən sonra işlər dayandırılır?
Manevr.az xəbər verir ki, globalinfo.az-a danışan vəkil Ramil Süleymanov işçilərin təhlükəsizliyinin nəzərə alınmalı olduğunu bildirib:
“Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, açıq havada iş görülən zaman havanın temperaturu 14 dərəcədən aşağı və ya 41 dərəcə və daha yuxarı olduqda işçilər üçün xüsusi əmək şəraiti təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 233.2-ci maddəsinə və Məcəlləyə əlavə edilmiş 2 saylı əlavəyə əsasən, açıq səma altında çalışan işçilərin fasilələrlə işləməsi, kölgədə və ya sərin yerdə istirahət etməsi üçün müvafiq şərait yaradılması işəgötürənin vəzifəsidir”.
Vəkil qeyd edib ki, yüksək temperatur zamanı işləməyənlərə maaş verilməlidir:
“Qeyd edim ki, havanın temperaturunun 41 dərəcə və ya ondan yuxarı olması səbəbindən işçilər iş yerinə gəlsələr də, əmək funksiyalarını yerinə yetirə bilmədikləri halda bu müddət onlara boşdayanma kimi rəsmiləşdirilə bilməz. Bu halda qanunvericiliyə uyğun olaraq həmin işçilərə həmin gün üçün tarif (vəzifə) maaşının üçdəiki hissəsi məbləğində əməkhaqqı ödənilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar