Xəbər lenti
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
Manevr.az xəbər verir ki, iyunun 30-da mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanaraq iştirakçıların şəxsi kabinetlərinə yerləşdirilib.
Məlumata görə, lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb və 14 iyul saat 12:00-dək davam edəcək.
Namizədlər seçimlərini şəxsi kabinetlərindəki "İmtahanlar" bölməsinin "Lisey seçimi" hissəsi vasitəsilə həyata keçirə bilərlər.
Bu mərhələdə şagirdlər maksimum 3 lisey və ya gimnaziya seçə bilərlər. Lakin üç təhsil müəssisəsinin seçilməsi məcburi deyil. Valideyn və şagirdlərə yalnız həqiqətən təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə olunur.
Seçdiyi lisey və ya gimnaziyaya qəbul olunan şagirdlər üçün elektron yerdəyişmə sistemi avtomatik aktivləşdiriləcək və müvafiq yerdəyişmə sorğusu yaradılacaq. Sənəd qəbulunun avqust ayının ilk yarısında aparılması nəzərdə tutulur.
Qeyd edək ki, qəbul imtahanı ölkə üzrə 41 imtahan mərkəzində keçirilib və prosesdə 7 minə yaxın şagird iştirak edib.
Nəticələrlə bağlı müraciətlər isə 10 iyul saat 17:00-dək office@arti.edu.az elektron poçt ünvanına rəsmi ərizə formasında göndərilə bilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar


























.jpg)






