Xəbər lenti
Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri
Ağıllı saatlar, fitnes bilərzikləri və digər geyinilə bilən cihazlar sağlamlıq göstəricilərini izləmək üçün faydalı olsa da, onların uzunmüddətli və nizamsız istifadəsi bəzi fiziki və psixoloji risklər yarada bilər.Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov ağıllı saatlar və fitnes bilərziklərin uzunmüddətli istifadəsinin sağlamlığa təsiri barədə danışarkən deyib.
Onun sözlərinə görə, fiziki müstəvidə cihazların daxili səthində toplanan tər, toz və ölü dəri hüceyrələri uzun müddət təmizlənmədikdə dərinin hava keçirməsini pozaraq kontakt dermatitə (dəri iltihabı) və bakterial infeksiyalara yol aça bilir:
“Bu riskləri minimuma endirmək üçün cihazı hər idmandan sonra spirtli salfetlərlə dezinfeksiya etmək, saatı qolu sıxmayacaq şəkildə bağlamaq və dərinin nəfəs alması üçün gün ərzində cihazı sağ və sol biləklər arasında dəyişmək mühüm kiber-gigiyena qaydalarındandır”.
Ekspert bildirib ki, bu cihazların blutz və vayfay vasitəsilə yaydığı zəif elektromaqnit dalğaları adətən zərərsiz sayılır:
“Amma bəzi həssas insanlarda yüngül baş ağrısı və yorğunluq hissi yarada bilər. Psixoloji tərəfdən isə insanın ürək döyüntüsünü, yuxusunu və digər göstəricilərini həddən artıq izləməsi narahatlıq və asılılıq hissini artıra bilər. Psixoloji tərəfdən isə hər addımı, ürək döyüntüsünü və yuxu fazalarını obsessiv şəkildə izləmək insanda daxili narahatlığı (anksiyete) artıraraq bioloji göstəricilərin hər an ideal olmasını tələb edən rəqəmsal asılılıq yarada bilir.
Bu cihazların proqram imkanlarından istifadə edərkən bəzi risk qruplarının daha diqqətli olması lazımdır. Məsələn, ürəyində kardiostimulyator olan insanlar ağıllı saat və bədən analiz edən cihazlardan istifadə edərkən həkimlə məsləhətləşməlidirlər, çünki bəzi funksiyalar onlara uyğun olmaya bilər. Dəri allergiyası olanlar isə daha çox hipoallergen materiallı, məsələn, titan korpus və parça qayış seçməlidirlər. Həmçinin narahatlıq və stressə meyilli insanlar ürək döyüntüsü və oksigen ölçən göstəriciləri həddən artıq izləməməlidirlər, çünki bu, lazımsız həyəcan və stress yarada bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar























.jpg)






