Xəbər lenti
Braziliya dünya çempionatı ilə vidalaşdı, İngiltərə 1/4 finalda

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib və daha iki 1/4 finalçı müəyyənləşib.
Manevr.az xəbər verir ki, günün diqqətçəkən qarşılaşmalarından birində Braziliya millisi Nyu-Yorkdakı "MetLayf" stadionunda Norveçlə üz-üzə gəlib. Gərgin keçən matç Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Norveç yığmasının hər iki qoluna Erlinq Holann imza atıb. Braziliyanın yeganə qolunu isə Neymar penaltidən vurub. Bu nəticə ilə "sambaçılar" mundialla vidalaşıb, Norveç isə adını 1/4 finala yazdırıb.
Digər oyunda İngiltərə millisi Meksika ilə qarşılaşıb. Mexiko stadionunda keçirilən görüşdə ingilislər rəqiblərini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər. İngiltərənin heyətində Cud Bellinqem və Harri Keyn fərqləniblər. Meksikanın qollarını isə Xulian Kinyones və Raul Ximenez vurublar.
Beləliklə, 1/4 final mərhələsində Norveç və İngiltərə milliləri bir-birinə rəqib olacaqlar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























