Xəbər lenti
Qızılın qiyməti 4200 dollar həddini keçdi

Dünya bazarında qızılın qiymətində növbəti artım qeydə alınıb. "Comex" birjasında 2026-cı ilin avqust ayı üzrə çatdırılma şərti ilə ticarət olunan qızıl füçersləri iyunun 22-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 200 dollar səviyyəsini ötüb.
Manevr.az xəbər verir ki, Ticarət platformasının məlumatına əsasən, Bakı vaxtı ilə saat 05:24-də qızılın qiyməti 1,96 faiz bahalaşaraq 4 206,7 dollara yüksəlib.
Bir neçə dəqiqə sonra artım tempi nisbətən zəifləsə də, qiymətlər yüksək səviyyədə qalıb. Saat 05:28-ə olan göstəricilərə görə, qızıl füçersinin dəyəri 1,93 faiz artımla bir trua unsiyası üçün 4 205,4 dollar təşkil edib.
Beləliklə, qiymətli metal son həftələrdə müşahidə olunan yüksəliş tendensiyasını davam etdirərək beynəlxalq əmtəə bazarında investorların diqqət mərkəzində qalmaqdadır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

_(2).png)

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























