Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda qayınata gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

Tarix: 06-07-2026 10:30     Baxış: 3113 A- / A+
Bakıda qayınata gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi
Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Manevr.az "teleqraf"a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.
Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.
Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar